Xəbər lenti
Rusiyanı rusdan başqa kimsə yıxa bilməz...
Putin Ukraynada 21 aydır davam edən müharibəni Rusiyanın “suverenlik və milli azadlıq mübarizəsi”adlandırıb.
Putin ötən həftə çox diqqətçəkən bəyanat verdi. İndi də bu barədə yazmaq gec deyil, çünki bu cür mövzular nədənsə bizim təhlilçilərin diqqətini o qədər də çəkmir. Ya da Rusiya mövzusuna girişməyə ürək etmirlər ki, birdən sosial şəbəkələrdə onları “ruspərəst” adlandıralar. Rusiyada baş verənlərə isə diqqət ona görə lazımdır ki, istəsək də, istəməsək də Azərbaycanın həm daxili, həm xarici siyasətinə təsir edə biləcək qonşumuzdur. Rusiyanın dağılmasının guya bizə xeyiri olduğunu deyənlər yanılırlar, bu ölkənin zəifləməsi ayrı hadisədir, dağılması tam fərqli. Dağılması bizi elə bəlalara ürcah edər ki, erməni məsələsi yalan olar. Amma dağılarsa, biz onun qarşısını ala da bilmərik, çünki bu bizim işimiz deyil, gücümüz daxilində heç deyil, nəhayət, belə görünür ki, Rusiya da hələ dağılmaq barədə düşünmür, özünü müdafiə edə biləcək haldadır.
Bəs, Putin diqqətçəkən nə deyib? Qısaca “Rus dünyası” deyəcəyimiz din xadimlərinin, siyasi və biznes elitasının iştirak etdiyi geniş tədbirində çıxış edən prezident Ukraynada 21 aydır davam edən müharibəni Rusiyanın “suverenlik və milli azadlıq mübarizəsi”adlandırıb. Belə bir sitatı da var: "Biz indi təkcə Rusiyanın deyil, bütün dünyanın azadlığı üçün mübarizə aparırıq. Biz açıq şəkildə deyirik ki, bir hegemonun diktaturası sadəcə təhlükəlidir. İndi daha ədalətli dünya nizamının formalaşmasında ön sıralarda olan ölkəmizdir. Və mən vurğulamaq istəyirəm: suveren, güclü Rusiya olmadan davamlı, sabit dünya nizamı mümkün deyil”.
Putin buna bənzər fikirlər dəfələrlə söyləyib, Qərbin planının Rusiyanı dövlət kmi dağıtmaq olduğunu da deyib. Amma ilk dəfədir Qərblə qarşıdurmanı Ukrayna miqyasından çıxardı, Rusiyanın milli azadlıq uğrunda mübarizəsi səviyyəsinə qaldırdı.
Bu, əlbəttə Putinin Ukrayna torpaqlarının ilhaqına haqq qazandırmaq üçün yeni cəhddir. Bu, bəlli. Bəs, Rusiyanın milli azadlıq mübarizəsi nə deməkdir?
Rus xalqı sonuncu dəfə 1993-ci ilin oktyabrında küçələrdə belə mübarizəyə qalxmışdı. Rusiya Ali Şurasının sədri Ruslan Xasbulatov prezident hakimiyyətinin əleyhinə qarşı çıxmışdı. Buna cavab olaraq Boris Yeltsin Moskva küçələrinə tanklar çıxartdırdı. Xasbulatovun nəzarətində olan qüvvələr televiziya vasitəsilə vətəndaşlara müraciət etmək üçün “Ostankino”ya basqın etməyə cəhd etdlər. Paytaxtda fövqəladə vəziyyət elan olundu və tanklardan Rusiyanın “Ağ ev”i, Ali Şuranın iclasının keçirildiyi bina atəşə tutuldu. Nəticədə Ali Şura buraxıldı və onun yerinə Federal Məclis (Federasiya Şurası və Dövlət Duması) yaradıldı.
Bu ilin 23-24 iyununda “Vaqner”silahlılarının rəhbəri Priqojinin müəmmalı silahlı qiyamını Putin “Rusiya dövlətçiliyinə zərbə, xəyanət” adlandırsa da, ortada rus xalqı görünmədi, müqavimət göstərilmədi, 1993-cü ildə olduğu kimi küçələrdə mövqe bildirilmədi. Kimsəyə sirr deyil ki, Yeltsin dövründəki demokratiyanın indi heç 10 faizi də Rusiyada yoxdur. İdarəetmə çox dəyişib, sistem müxalifətindən başqa hamının səsinin kəsiblər, işıqlı adamlar ölkəni tərk etmək məcburiyyətində qalıblar, bütün qərarları isə bir nəfər verir. Bu, istənilən ölkədə çox təhlükəli tendesiyadır. Çünki xalqın dəstəyi lazım gələndə küçələr boş qalır, ya da xalq öz taleyinə və dövlətinə etinasız olur.
Putinə haqq vermək olar, Qərbin son illər etdikləri(sanksiyalar da daxil olmaqla) Rusiyanı dağıtmaq planıdır. Bunu nə NATO, nə ABŞ gizlətmir də....
Putinin çıxışı genişdir və orada Rusiyanın gələcəyi ilə bağlı bir neçə aspektdən(milli məsələ, iqtisadiyyatın çökdürülməsi, daxili münaqişələrin alovlandırılması) narahatlığnı dilə gətirib. Putin KQB texnoloqu və təcrübəli siyasətçi kimi yaxşı başa düşür ki, Rusiyanı yalnız içəridən dağıtmaq cəhdləri effektli ola bilər. ABŞ SSRİ-ni və Yuqoslaviyanı milli münaqişləri alovlandırmaqla dağıtdı. Rusiya isə tarixən o vaxt sarsılıb, o vaxt ərazilər itirib ki, daxildə inqilablar baş verib. Necə deyərlər, Rusiyanı rusdan başqa kimsə yıxa bilməz. O səbəbdən Putin elan etdi ki, Ukrayna müharibəsi sadəcə gediləsi yoldur, ortada olan Rusiyanın taleyidir.
Putinin dekabrın 14-nə planlaşdırılan geniş mətbuat konfransında 2024-cü il prezident seçkilərində iştirakını bəyan edəcəyi gözlənilir. Ehtimal etmək olar ki, Putinin seçki kampaniyası zamanı da məhz bu “dövlətçilik və milli azadlıq mücadiləsi” üzərində qursun. Bu mesajları isə Rusiyanın xarici düşmənlərindən daha çox daxildə hələ də mümkün müqavimət mərkəzlərinədir ki, ölkəni “rusun əli ilə” dağılmağa imkan verməyəcək və lazım gəlsə, dövləti qorumaq üçün Moskva küçələrinə tank da çıxaracaq... musavat.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar