Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvanı dronlarla hansı ölkə vurub? – Çaxnaşma başladı

Tarix: 30-05-2023 14:43     Baxış: 3173 A- / A+


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Moskvada 2 yaşayış binası dronlarla vurulub. Məlumata görə, xəsarət alan olmasa da, 10-dan çox PUA zərərsizləşdirilib. Diqqətçəkən əsas məqam isə son zamanlar Moskvaətrafı ərazilərin müntəzəm dron hücumlarına məruz qalmasıdır. Həmin dronların bu qədər uzaq məsafəni maneəsiz qət edib zərbələr endirməsi müəyyən suallar doğurur.
Versiyalardan biri həmin dronların Ukraynaya deyil, Rusiyaya məxsus olmasıdır. İddialara görə, Kreml bu yolla müharibənin onun ərazisinə, paytaxtına sıçraması eyforiyası yaradaraq, Ukraynaya qarşı taktiki nüvə silahından istifadəni leqallaşdırmaq istəyir.
Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna mübarizəni Rusiya ərazisinə keçirmək istəyir:
“Bu, Rusiya qüvvələrinin diqqətini yayındırmaq və cəbhədə sürətini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, məsələnin psixoloji tərəfləri də var. Belqorodda baş verənlər də bunun nümunəsi hesab edilə bilər. Lakin burada iki məqam önəmlidir:
Birincisi, Ukrayna Rusiya ərazisində daha çox kəşfiyyat-partizan taktikasından istifadə edir;
İkincisi, Ukraynanın Rusiya ərazisinə hücumunun ABŞ başda olmaqla Qərb qüvvələri tərəfindən süngü ilə qarşılanmasıdır;
Vaşinqton Rusiya ərazisinə hücumun müharibə arealının genişlənməsi və Putinin nüvə şantajının işə düşməsi riski olaraq görür, bu baxımdan, genişmiqyaslı hücuma “yaşıl işıq” yandırmır. Lakin kəşfiyyat-partizan taktikası ilə hücumlar müharibə arealının genişlənməsi riskini yaratmır”.

Analitik bildirib ki, paraddan öncə Kremlə endirilən zərbə də daxil olmaqla, Moskva və Moskvaətrafı ərazilərə dron hücumlarının edilməsi Ukraynanın planı kimi görünsə də, bunun, əslində, ruslar tərəfindən təşkil edildiyi ehtimalı daha çoxdur:
“Birincisi, Rusiya ictimai rəyinə Ukraynada itkilər hesabına olsa da, aparılan müharibənin lazımlılığı bir daha göstərir, çünki müharibənin uzanması daxildə etirazların idarəolunmasını da çətinləşdirir.
İkincisi, Ukrayna şəhərlərinə raket zərbələrinin endirilməsini legitimləşdirir. Moskva və ətrafına endirilən hər zərbədən sonra rusların Kiyevə silsilə raketlər atması da bunu göstərir.
Üçüncüsü, ABŞ-a, ümumilikdə Qərbə göstərilir ki, Kiyev onların istəyinin əksinə olaraq, müharibə arealını genişləndirir və Rusiya adekvat addımlar ata bilər – bu taktiki nüvə silahından istifadəni də aktuallaşdırır. O demək deyil ki, taktiki nüvə silahından istifadə ediləcək, sadəcə olaraq, bu yolla Qərbi Kiyevə qarşı qoymaq və “müharibənin arealı genişlənə bilər” təhlükəsi ilə danışıqları tezləşdirmək istəyirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar