Xəbər lenti
Akmeizm cərəyanı: tullantıdan ədəbiyyata
Sərvanə Dağtumas,
ədəbiyyatşünas
“Akme” yunanca “hər şeyin ən yüksək dərəcəsi, zirvəsi, iti nöqtəsi” deməkdir.
Nümayəndələri: Anna Axmatova, onun həyat yoldaşı Nikolay Qumilyov, Osip Mandelştam, Zen Keviç, İqor Sevelyanen. Onların incəsənəti nəcib və zərif idi. Onlar adi, lazımsız hesab etdiyimiz şeyləri təsvir edirlər. Anna Axmatova: “Siz bilsəydiniz ki, mənim şeylərim hansı zibillikdən yaranır, özünüz təəccüb içində qalardınız”. Yağış yağır, yarpaq ağacdan yerə düşür...Onlar bunu o qədər gözəl, nəcib, dəqiq təsvir edirlər ki, cansız varlıqlar (əsərlər) görürük ki, adilikdə gözəllikdir. Akmeizm 1912-ci ildə Rusiyada “Üç şair” jurnalında yaranıb. Jurnalın əməkdaşları: Anna Axmatova, Qorodetski, Qumilyov, Zen Keviç, Mandelştam. Akmeizm “Adamizm” termininin sinonimidir. “Adəm necə insan kimi dünyaya gəlirsə, əşyalara ad qoyursa, biz də həmin adları yenidən sizin üçün açıqlayırıq”. Onlar çalışırlar ki, ətraf mühit, təsvir olunan həyat əşya vasitəsilə gözəçarpan olsun, əşya özü-özlüyündə gözəllik təşkil edir. İnsanın çox da diqqət etmədiyi, bəsit hesab etdiyi şeyləri, adi, siravi əşyalar-güzgü, daraq və s. təsvir edirlər. Cərəyanın əsas iki xüsusiyyəti var: gözəçarpanlıq və aydınlılıq. Onlar deyirdilər ki, bütün Yer kürəsi görünən formada təsvir olunmalıdır. Simvolistlər haradasa məna axtarırdılar, alt qatları, dərinliyi axtarırdılar. Akmeistlər isə deyirdilər ki, görüntü özü-özlüyündə gözəldir. Simvolistlər o qədər müəmmalı obrazlar yaradırlar ki, akmeistlər onlara cavab olaraq, deyirlər ki, olmayan şeyi dərinliyə gedib axtarma, dünya özü-özlüyündə gözəldir, gözəllik dünyanın özüdür, hər şeyin adi səviyyəsidir. Dünyada nə mövcuddursa, hamısı eyni hüquqa malikdir, nəyi görürsənsə, hamısı şeir predmeti ola bilər. Nə gözəl görünürsə, bu həyatdadır. Anton Pavloviç Çexov deyirdi: “Bax, stolun üstündə külqabı var, istəyirsənsə, 10 dəqiqədən sonra bir “Külqabı” hekayəsini yazım”. Külqabı da dəyəri olan əşyadır, hər əşya incəsənət, ədəbiyyat predmeti ola bilər. Markesin “Yüz ilin tənhalığı” əsərində belə bir fikir var: “Əşyaların da canı var, onların ruhunu oyatmağı bacarmaq lazımdır”. Bu fikir akmeizm cərəyanına gedib çıxır. Akmeistlər sözə qarşı münasibətlərini dəyişdilər, onlar sözün özünün mahiyyətini açmağa çalışdılar. Simvolistlər isə sözün alt qatlarını araşdırıb gizli bir məna tapmağa çalışırdılar. Akmeistlər hesab edirlər ki, hər bir sözün öz sərhədi var, simvolistlər bu sərhədi yaradaraq, sözə çoxmənalılıq bəxş etdilər. Hər bir sözün əslində öz mənası var. Akmeistlər isə deyirdi ki, hər bir poetik sözün öz sərhədi var. Marina Svitayeva “Sevimlim” şeirindən nümunə verək: “Mənim xoşuma gəlir ki, mənimlə xəstələnməmisən. Mənim xoşuma gəlir ki, mən də səninlə xəstələnməmişəm”. Obraz olduğu hissi inkar edir: “Mən sevinirəm ki, heç bir vaxt Yer kürəsi ayağımızın altında titrəyib başımızı gicəlləndirməyəcək... Mən sənə toxunaraq, alovlanmayacam”. Sevir, amma sevgini inkar edir. Qumilyovun Afrika haqqında “Zürafə” şeiri var: “Afrikanın çöllərində gözəl bir zürafə gəzir, ətrafdakı göllər zürafənin naxışlarını əks etdirir, həmin gölün ətrafında qarayanız bir qız tayfanın başçısına vurulur, gün batanda onlar mağaraya gedirlər, bir-birlərinə sevgi elan edirlər. Ətrafdakı çiçəklər də onlara elə bil gözəl qoxu bəxş edir ki, onların məhəbbətinə qatılır, amma sən o qədər bu dumanlı havanı udmusan ki, heç nəyi hiss etmirsən, mən nə cür sənə danışım ki, Afrikada belə bir gözəl zürafə gəzir, belə bir gözəl göl, çiçəklər mövcuddur. Sən ağlayırsan? Qulaq as, gözəl bir zürafə göl ətrafında gəzir”. Akmeizm gördüyünü yazır, məna axtarmır. Cərəyanın nümayəndələri tərcümələrlə dolanırdılar, əsərlərini çap etdirmirdilər. Axmatova Babil şeirlərini rus dilinə tərcümə etmişdi, sonra onlar repressiyaya məruz qaldılar. Oğulları universitetdən çıxarıldı, sürgün olundu. Kamal Abdullanın tərcüməsindən nümunələr: 1.Anna Axmatovanın ”Kleopatra” şeiri. “Antoninin ölü dodağında öpmüşdü, Avqustinin ayağına sərilmişdi, sabah körpələrə zülm olacaq, nə yaxşı ki, uyumağa lap az qaldı.(Sezar qalib gəlib, Antonini öldürüb-ilanla zəhərləyib) 2.Kumilyovun “Banilər” şeiri. Şeirdə Roma şəhərinin salınması təsvir olunur. Rom və Reme şəhərin əsasını qoyan iki qardaşdır.
*BSU-nun professoru Rəhilə Quliyevaya təşəkkür edirəm.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar