Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Hindistanla neft qiymətləri ilə bağlı razılığa gəlmədi

Tarix: 04-05-2023 19:39     Baxış: 3183 A- / A+

Rusiya Hindistanın ucuz neft ala biləcəyi valyuta ilə bağlı razılığa gələ bilmədi.

Manevr.az-n reuters-ə istinadən məlumatına görə, Moskva rupi ilə ödənişi qəbul etməkdən imtina edib. Hazırda Hindistan və Rusiya vəziyyəti həll etmək səylərini dayandırıb.

Hindistandan Rusiyadan ucuz neft və kömür idxal edənlər valyutanın konvertasiyası xərclərini azaltmaq üçün daimi rupi ödəmə mexanizmini gözləyirdilər.
Bununla belə, Moskva hesab edir ki, rupilərin yığılması “arzuolunmazdır”, çünki rupi tam konvertasiya olunan valyuta deyil. Hər iki tərəf yerli valyutalarla ticarətin asanlaşdırılmasından danışıb, lakin prinsiplər rəsmiləşdirilməyib.

Rusiya bəyan edib ki, o, Çin yuanı və ya digər valyutalarla ödəniş etmək istəyir, lakin rupi ilə deyil.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra əksər ölkələrin nefti tədarük etməkdən imtina etməsi səbəbi ilə Hindistan Çinlə birlikdə Rusiya neftinin əsas alıcısına çevrilib. Hindistan daha ucuz neftdən istifadə edərək rekord həcmdə alıcılığı ilə Rusiyanı İraq və Səudiyyə Ərəbistanından sonra ən böyük təchizatçıya yüksəldib.

Martın 6-da Rusiyanın nefti xərcləyə bilmədiyi valyutaya satması ilə Putinin tələyə düşdüyü xəbəri yayılıb. Hindistan valyutasının tənzimlənməsi Hindistandan kənarda rupi hesablaşmalarını məhdudlaşdırıb.

12 mart 2023-cü ildə Hindistan Rusiya neftinə qarşı Qərbin sanksiyalarını pozmayacağına söz verib.

13 aprel 2023-cü ildə Hindistan Dövlət Bankı və Baroda Bankı neft emalı zavodlarına limitdən artıq alınan neft üçün ödəniş etməyəcəklərini bildiriblər.

Rusiya bankları rupi almaqdan imtina etməyə başlayıblar. Onlar artıq Hindistan valyutasının yığılmasını istəmirlər. Bu səbəbdən də milli valyutalarla ticarət mexanizmi dayanıb. Hindistan Mərkəzi Bankı Rusiya bankları üçün rupidə müxbir hesabların açılmasına icazə versə də, iri əməliyyatlar həyata keçirilmir. Hindistan tərəfi rupi əvəzinə rubldan istifadə etmək istəmir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar