Xəbər lenti
Alimlər ŞOKDA - İlk dəfə buna şahid oldular - ŞƏKİLLƏR

Alimlər ilk dəfədir ki, bir ulduzun udduğu planeti müşahidə edirlər. Kosmik hadisə təxminən 12.000 işıq ili uzaqlıqdakı Aquila bürcü yaxınlığında görüldü.
Manevr.az-ın məlumatına görə, təcrübəli elmi jurnalda dərc olunan araşdırma məqaləsində bildirilir ki, bu müşahidə həm də dünyanın sonunun necə olacağı haqqında fikir verir.
Bir ulduzda yanacaq sayıla bilən hidrogen bitdikdə transformasiya baş verir. Ulduz əvvəlcə öz üzərinə bir az çökür, sonra isə milyon dəfə böyüyərək genişlənir.
Qırmızı nəhəng adlanan bu genişlənmə mərhələsində ulduzların özlərinə yaxın olan planetləri udması gözlənilir.
Bu proses əvvəllər heç vaxt birbaşa müşahidə olunmayıb.
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçısı Kişalay De, "Biz planetin udmasının son mərhələsini müşahidə etdik" dedi.
Komandanın ölçmələrinə görə, ulduz Günəşin kütləsindən 0,8-1,5 dəfə böyük idi. Onun udduğu planet Günəş sisteminin ən böyük planeti olan Yupiterin kütləsindən 1-10 dəfə böyük idi.
Ümumilikdə, Yerin kütləsinin 33 qatına bərabər olan hidrogen və yenə də Yerin kütləsinin üçdə birinə bərabər olan toz buraxıldı.
Tədqiqatçıların fikrincə, bu müşahidələr Yerin mümkün sonuna işarə edir. Çünki Günəşin təxminən 5 milyard ildən sonra qırmızı nəhəng fazaya girəcəyi gözlənilir.
Bu fazada Günəşdən gələn radioaktiv hissəciklər o qədər artacaq ki, Yerin maqnit qalxanını aşındıracaqlar. Bu o deməkdir ki, yer üzündəki canlılar radioaktiv hissəciklərə qarşı müdafiəsiz qalacaqlar.
Bundan sonra Günəş genişlənməyə başlayacaq və bəlkə də Yeri udacaq. Merkuri, Venera və ola bilsin ki, Mars da bu prosesdə Yerlə eyni aqibəti yaşayacaq.
Nigar N.
Manevr.az






Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar