Xəbər lenti
d
(BUNU İŞLƏYİRƏM)
Düşmən yurd yerlərimizi yağmalamaqla təkcə torpaqlarımıza deyil, mənəvi dünyamıza, həyat tərzimizə, gələcəyimizə də çox ağır zərbə vurdu. Canımızı götürüb qaçmaqla heç də “irəli” düşmədik. Sonrakı çətin illər bizi rəngarəng “sürpriz”lərlə qarşıladı: evsizlik, işsizlik, mövcud şəraitə uyğunsuzluq… Bütün bunlar ağır bir yük kimi çiyinlərimizə çökdü.
Didərginlik uzun müddət yurd salmağımıza, “bir yerə kül tökməyimizə” imkan vermədi. Məcburi köçkün olduğumuz müddətdə mənəvi əziyyətimizlə yanaşı maddi problemlərin də məngənəsində sıxıldıq. Kirayələr, sığınacaqlar, dörd fəslin dördündə də “arana-dağa” köçümüz bizə baha başa gəldi. İtirdiklərimizin miqyası çox böyük oldu.
Bu gün ulu yurdumuz azaddır. Bu yolda canını qurban verən şəhidlərimiz daim qəlbimizdədi, qazilərimizə sağlamlıq arzulayıram. Ancaq yurd-yuvasız keçirdiyimiz o ağrılı illəri unuda bilməyəcəyik. Çəkdiyimiz zülm və zillətin ağrısı heç vaxt canımızdan çıxmayacaq.
…Dəyərli qələm adamlarının, şeir-söz sevdalılarının haqqımda qələmə aldığı yazıların bir qismi zamanın burulğanında itib-batdı. “Yerdəyişmələr” zamanı harada qaldığını bilmədim. Qəzetlərdə dərc edilən, hətta işıq üzü görməyən yazılar var idi ki, onların hamısını qoruyub saxlaya bilmədim. İlk baxışda bu, adi görünə bilər. Lakin illər bir-birini əvəzlədikcə həmin yazıların həyatımda tarixi nümunə kimi yeri hiss olunur.
Müasir dövrümüzdə, eləcə də bundan sonrakı çağlarda bu gün düşündüyümüz və etdiklərimiz bəlkə də gərəksiz, lazımsız bir iş kimi qəbul olunacaq. Ancaq mövcud durumda, indiki zamanda hələ də təbii yazılara, insan təfəkkürünün və beyninin məhsuluna ehtiyac duyulur. Süni intellektin tam dəbə mindiyi dövrlərdə düşünürəm ki, bu gün iki kəlməsinə, bir cümləsinə ehtiyac duyduğumuz aydınlarımızın qələminə də gərək qalmayacaq.
(Əslində qalacaq. Ancaq “süni tərəqqi” təbii duyğu və hissləri, düşüncələri kölgədə qoyacaq.) Çünki “köhnə nəsil” sıradan çıxdıqca, yeni nəsil süninin diktəsinə, məsləhətinə və yazdıqlarına daha çox dəyər verəcək. Bu süniləşmiş inkişaf paralel şəkildə gedəcək, hətta bütün təbii varlıqları geridə qoyacaq. Zamanın hökmünü qəbul etmək məcburiyyətindəyik. Bu günün bütün tələblərini həzm etməliyik. Biz zamanın axarına qarşı çıxan-zad deyilik. Çıxıb nə edəcəyik ki…
55 yaşıma gəlib çatdım. Nə qazandım, nə itirdim – bunları burada sadalamağa lüzum görmürəm. Ancaq bir həqiqəti qandım ki, vaxt gerçəkdən çox qiymətli və dəyərlidir. “Ötənləri unut, gələcəyə bax, heç vaxt heç nə gec deyil” kimi fəlsəfi-təsəlli fikirlər hər zaman işə yaramadı, mənə təskinlik vermədi. Hər ötən gün, ay, il üçün heyifsiləndim, ürəyimin dərinliyindən bir ah qopdu. Bu hisslər müəyyən yaş dövründən sonra məni daha çox göynətdi.
İndiyə kimi haqqım olanları əldə edə, bacarıq və potensialımı tam şəkildə ortaya qoya, bir çox hallarda isə yaradılan süni maneələri dəf edə bilməməyim başqa bir ağrılı tərəfdi. Ömür davam edir. Ürəyimlə dil tapa bilsəm, qarşıda hələ illər və görüləsi işlər var. Sağlıq olsun.
Yaradıcılığıma və şəxsiyyətimə yönəlik dəyərli məqalələrə, həsr edilən şeirlərə, alınan müsahibələrə görə müəlliflərə, əziz qələmdaşlarıma və dostlarıma təşəkkür edirəm. Bu qələm sahiblərinin bəziləri artıq həyatda yoxdur. Onlara Uca Yaradandan rəhmət, yaşayanlara can sağlığı arzulayıram.
Haqqımda yazılan bəzi ədəbi-tənqidi məqalələr, dost fikirləri, təbriklər, şeirlər və məndən götürülən müsahibələrin bir qismini toplayaraq 55 yaşımda kitab halında nəşr etdirməyi qərara aldım.
Buyurun…
Sevgi və sayğıyla; Namiq Dəlidağlı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar