Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu müğənnilər POLİSƏ müraciət etdi - SƏBƏBİ İSƏ...

Tarix: 07-09-2019 13:12     Baxış: 4175 A- / A+
Azərbaycanda bu müğənnilər POLİSƏ müraciət etdi - SƏBƏBİ İSƏ...

Hər il Azərbaycanda yüzlərlə insan müxtəlif səbəblərdən polisə müraciət edir. Onların arasında yerli məşhurlar da var.

Manevr.az bildirir ki, bu il polisə müraciət edən azərbaycanlı məşhurlardan biri də müğənni Rahidə Baxışovadır.

O, evini təmir etmək üçün ustaya pul verdiyini deyib. Lakin usta onun pulunu alandan sonra evini təmir etməyib:

“O, mənim üçün böyük bir məbləğdir. Mən çox çətinliklə o pulu qazanıram. İllərlə qəpik-qəpik yığıram ki, balalarım üçün bir yuva qurum. Onlar üçün həm atayam, həm də anayam. Hələ pulu almamışam. İndi iş hüquq-mühafizə orqanlarındadır. İnanıram ki, bu iş öz həllini tapar".

Müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günayla qalmaqalı səngimək bilmir.

Məsələ ilə bağlı "Hər şey daxil" verilişində açıqlama verən sənətçinin atası, müğənni Elşad Qarayev keçmiş gəlininindən polisə şikayət edəcəyini deyib:

"Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda onlara yalnız aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu vaxtlarda tərbiyəsiz səs yazıları var.

Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki?! Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm".

Sosial şəbəkələrdə xoşagəlməz və neqativ rəylərlə üzləşən müğənnilərdən biri Nura Suri bildirib ki, onu təhqir edənləri polisə verəcək.

"“Facebook”da, “İnstagram”da mən, qəhrəman valideynlərim, övladlarım soyülür. Bu belə davam edə bilməz. Sosial şəbəkələrdə bu tərbiyəsizliyə son qoymaq lazımdır. Polisə şikayət ərizəsi yazmışam. Məni təhqir edən “İnstagram” səhifələri “screen” olunaraq götürülüb. Heç kimi yazılan təhqirlərə görə bağışlamayacağam.

İndiyə kimi bunlara göz yummuşam. Bundan sonra bu kimi hadisələrə göz yummayacağam. Onlara müharibə elan edirəm.

Səhifələrdə əxlaqsızlığı təblig edən, müğənniləri gözdən salan, söyüş yazan izləyicilərin kimliyi - yəni adı, soyadı, ünvanı təyin olunandan sonra həmin insanları məhkəməyə verəcəm. Onları Ali Məhkəməyə qədər aparıb, süründürəcəyəm”.

Müğənni Damlanın ümumi baxışı 35 milyon olan rəsmi "Youtube” kanalı silinib.

İfaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Damla iddia edir ki, rəsmi kanalını texniki işlərini həyata keçirən Rafiz Cəfərzadə silib:

"Rafiz Cəfərzadə rəsmi "Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim olmayıb. Bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir, halal xoşu olsun.

Bir neçə gün öncə ona müraciət etdim ki, Rafiz "Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək.

Belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi. Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.redaktor.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar