Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-dan Qarabağdakı erməni terrorçularına ZƏRBƏ - Tramp qərarını verdi...

Tarix: 25-03-2020 16:18     Baxış: 4205 A- / A+
ABŞ-dan Qarabağdakı erməni terrorçularına ZƏRBƏ - Tramp qərarını verdi...

"ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırıb. Ötən ildə olduğu kimi, bu il də Tramp administrasiyası qondarma Dağlıq Qarabağ rejiminə hümanitar məqsədlərlə maliyə yardımının ayrılmasını məsləhət görmədi. Tramp və onun yaxın ətrafı gələcək 2 ilin büdcəsinə bu məsələni daxil etməyib".

Manevr.az xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında siyasi-şərhçi Zaur Məmmədov deyib. O bildirib ki, ötən il olduğu kimi, bu il də Administrasiyanın bu qərarının Konqresdə qəbul edilməməsi istiqamətində erməni diasporası hərəkətə keçib:

"Artıq 75 konqresmen yardımın lehinə səs verəcəklərini bildiriblər. Keçən il bu rəqəm 90 idi. Qeyd edim ki, Qarabağda mina təmizlənmələrinə ayrılan vəsait oradakı siyasi elitanın öz şəxsi maraqları üçün istifafə edilir. Bu illər ərzində erməni tərəfindən bu proses həyata keçirilmir, yalnız Azərbaycan tərəfindən ANAMA vasitəsilə gerçəkləşdirilir və həqiqətən də böyük işlər görülür".

Siyasi-şərhçi qeyd edib ki, bu qərar həm də ABŞ-dan çıxacaq maliyyənin minimallaşdırılması məqsədi daşıyır:

"ABŞ administrasiyasının bu addımı həm də Trampın ABŞ-dan çıxacaq maliyyənin minimallaşdırılması ilə bağlıdı. Eyni zamanda, uzun illər MDB məkanındakı separatçı rejimlərdən məhz Qarabağdakı ermənilərə maliyənin ayrılması, ABŞ da oturuşmuş bəzi qrupların ciddi lobbiçiliyinin göstəricisi idi".

Manevr.az
ABŞ-dan Qarabağdakı erməni terrorçularına ZƏRBƏ - Tramp qərarını verdi...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar