Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Cəmilov Zelenskiyə nə üçün lazımdır? - Krım siyasəti...

Tarix: 28-08-2019 18:31     Baxış: 3187 A- / A+
Cəmilov Zelenskiyə nə üçün lazımdır? - Krım siyasəti...

Mustafa Cəmilovun Ukraynanın yeni parlamentinə vitse-spikeri seçilməsi şansı az deyil. Doğrudur, onun namizədliyini Zelenskiyə və onun partiyasına rəqib olan eks-prezident Pyotr Poroşenko irəli sürüb. Ancaq Zelenksinin özünün də Rusiya ilə mübarizədə Krım türklərinin dəstəyinə ehtiyacı var. Ona görə də Zelenski məsələyə soyuqqanlı yanaşsa, Mustafa bəyin vitse-spiker seçilməsinə mane olmamalıdır.

Manevr.az xəbər verir ki, bu sözlərlə politoloq Elxan Şahinoğlu çıxış edib.

“Hakim partiya həm baş naziri, həm də parlamentin spikerini müəyyənləşdirməlidir. Müxalifətdə olan partiyalar da parlamentdə müxtəlif postlara öz namizədlərini irəli sürməyə başlayıblar. İlk isimlərdən biri Mustafa Cəmilovdur. Türk dünyasının yaşayan əfsanəsi sayılan Mustafa Cəmilovun Ukraynada nüfuzu böyükdür. Təəssüf ki, Ukraynadakı siyasətçilər Krım türklərinin və Mustafa bəyin dəyərini Krım ilhaq olunduqdan sonra tam mənada anladılar. Kiyevdə yanlış olaraq düşünürdülər ki, Krımda türklərin artımı Ukraynaya gələcəkdə torpaq bütövlüyü ilə bağlı problem yarada bilər. Ancaq təhlükə başqa istiqamətdən gəldi, Krımın rus əhalisi separatçılığa baş vuraraq Rusiyaya birləşmənin lokomotivi rolunda çıxış etdi. Bunun əksinə olaraq Krım türkləri sona qədər mübarizə apardılar, Rusiyanın ilhaqını qəbul etmədilər. Bu hərəkatın başında keçmişdə olduğu kimi ilhaq günlərində də Mustafa bəy dayanırdı. Rusiya Mustafa bəydən qorxduğuna görə ona qarşı cinayət işi açıb və onun doğma Krımına yolunu bağlayıb”.

Politoloq bildirib ki, məhz bu səbəbdən indi Ukraynada siyasi partiyalar və tanınmış siyasətçilər Mustafa bəyi yanlarında görmək istəyirlər:

“Pyotr Poroşenko incə gediş edib. O vitse-spikerliyə istənilən namizədi versəydi həmin şəxsin seçilməsi şansı yüksək olmayacaqdı. Çünki Poroşenkonun partiyasının yeni parlamentdə tərəfdarı azdır. Buna baxmayaraq, o biri partiyaların Mustafa bəyin əleyhinə səs verməsi problematikdir. Mustafa bəyin əleyhinə səs versələr, belə çıxacaq ki, o biri partiyalar Krım türklərinin mübarizəsini dəstəkləmirlər. Bu isə Zelenskinin və onun partiyasının reytinqinə mənfi təsir edəcək. Başqa bir variant ondan ibarətdir ki, Vladimir Zelenski Krım türkəri arasında öz namizədini tapıb onu irəli çəkə bilər. Ancaq hələ ki, Krım türkləri arasında Mustafa Cəmilov və onun yardımçısı Refat Çubarov qədər populyar olanı yoxdur”.

E.Şahinoğlu Cəmilovun vitse-spiker olmasının Zelenskinin də maraqlarına xidmət etdiyini deyib:

“Birincisi, Krımın geri qaytarılması uğrunda mübarizə ümümukrayna mübarizəsidir və Mustafa bəy bu mübarizədə Ukraynanın əsas simvoludur. İkincisi, Mustafa bəy yeni hakimiyyətin Krımın siyasətində Zelenskiyə lazımı dəstək verə bilər. Digər tərəfdən Mustafa bəy Vladimir Zelenski ilə qonşusu Türkiyə ilə münasibətlərdə vacib körpü rolunu oynaya bilər. Təsadüfi deyil ki, Ukraynanın bütün prezidentləri Türkiyəyə səfər edərkən hər zaman nümayəndə heyətlərinə Mustafa bəyi salıblar. Zelenski də bu ənənəni pozmadı və Ankaraya ilk rəsmi səfəri zamanı Mustafa bəyi də nümayəndə heyətinə daxil etdi. Türkiyədə və türk dünyasında Mustafa bəyə böyük hörmət var. Zelenski Mustafa bəylə birgə hərəkət etməklə həm Türkiyənin, həm də türk dünyasının simpatiyasını qazana bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar