Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş -ŞƏKİLLƏR

Tarix: 08-11-2019 11:28     Baxış: 4243 A- / A+
Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş

Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş olub və bu görüş Deniz TV-də canlı yayınlanıb

Xəbər verdiyimiz kimi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropada bir sıra tədbirlər keçirir. Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rotterdam şəhərində Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüşüblər.

Görüşdə Niderlandda fəaliyyət göstərən Holandiya Azərbaycan-Türk Kültür Dərnəyinin başkanı İlhan Aşkın, başkan yardımçısı Altan Göleli, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Beniluxs Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov, mətbuat nümayəndələri – Dəniz radio və tv sahibi Özcan Özbay, Manşet qəzetinin yazarı Mehmet Ali Topçu, jurnalist Engin Kula, Ahaber TV Hollandiya təmsilçisi Fatih Özyar, Doğuş qəzeti yazarı Zeynəl Abidin Kılıç, Live 24 kanalının aparıcısı Yavuz Nüfel, Gür Media və Güncel haberin yazarı Hikmət Gür, jurnalistlər Ali OkşakŞ Coşkun Yegenoğlu, Bülent Türker iştirak ediblər.

Deniz Tv və radio yayınlarının ofisində baş tutan görüş həm də Deniz TV vasitəsilə canlı yayımlanıb. Görüş-müzakirələrdə Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması, bu təbliğat işində Avropada fəaliyyət göstərən media qurumların üzərinə düşən vəzifələr müzakirə olunub. Canlı yayımda təqdim olunan verlişi buradan izləyə bilərsiniz. Proqram “Azərbaycana tam dəstək” başlığı ilə təqdim olunub.

Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş


Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Global” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak ediblər.

Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar