Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

Tarix: 18-10-2019 13:44     Baxış: 3207 A- / A+
Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

İctimaiyyət arasında tanınmış insanların sosial şəbəkələrdəki səs-küylü paylaşmaları bəzən gerçəkliyə uyğun gəlməyən xəbərlərin, şayiə və dedi-qoduların yayılmasına rəvac verir. Buna bənzər əhvalat taekvondoçu Fəridə Əzizovanın da başına gəlib.

Manevr.az report-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Fəridə “Instagram” səhifəsində kişisayağı kostyum və qalstuk geyinmiş vəziyyətdə əyləşib qucaqladığı bir rəfiqəsilə badə qaldırdığını əks etdirən fotoşəkil paylaşaraq altında da “Həyatın hər dəqiqəsini sevin” sözlərini yazmışdı.

Səhifənin bəzi abunəçiləri, üstəlik, bəzi jurnalistlər də bunu iki qızın bir-birilə nişanlanmasına işarə kimi yozmuşdular. Bu barədə “isti-isti xəbər” bir göz qırpımında ölkənin bütün virtual məkanını başına götürəndə isə F.Əzizova işlərinin təlx olduğunun fərqinə vararaq şəkil altındakı sözləri tələsik “Doğum günün mübarək” kimi dəyişdirərək KİV-lərin səhv yazdığını bildirməsi üçün redaksiyalara zəng vurmağa başladı.
Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

Sözügedən xəbəri dərc edən KİV-lərdən open.az portalı gənc idmançının fikirlərinə də yer vermiş, ondan üzrxahlığı da dərc etmişdi.

Lakin bu ərəfədə ortaya çıxan Fəridənin vəkili Yaqub Məmmədov qıza bu hadisədən maddi qazanc götürməyi tövsiyə edir. Elə bundan sonra da məsələ tamamilə başqa məcraya yönəlir. Nədənsə qalmaqala səbəb olmuş xəbəri verən bütün saytları kənara qoyan Əzizova məhz onun düşdüyü müşkül vəziyyətə anlayış göstərən, üzrxahlığını dərc edən jurnalistləri məhkəməyə verərək məsələnin bitdiyinə dair centlmen razılaşmanı birtərəfli pozmuş oldu.
Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

Azərbaycan Taekvondo Federasiyasının da bu məsələdə mövqeyi qeyri-müəyyəndir. İstənilən idmançı ilə media arasında yaranan problemə onun federasiyası aktiv şəkildə qoşulmalı, məsələnin həll olunmasına çalışmalıdır.

Lakin görünən odur ki, Azərbaycan Taekvondo Federasiyası Fəridə Əzizova məsələsində yaxasını qırağa çəkərək özünün saysız-hesabsız problemləri ilə məşğul olmağa üstünlük verir.
Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

Məsələ ilə bağlı işi aparan vəkil Kamandar Nəsibovun fikrincə, burada qəribə heç bir şey yoxdur, Konstitusiyaya görə, ölkədə söz azadlığı təmin olduğundan jurnalistlər iş materiallarına, öz mənbələrinə əsaslanaraq yazı dərc etmək hüququna malikdirlər. Digər tərəfdən, idmançı qız da müvafiq şəkildə belə yazılara cavab verə, onu dərc etdirə bilər ki, o da bu hüququndan yararlanıb, hətta saytın üzr istəməsinə də nail olub.

Görəsən, Fəridə Əzizovanın məqsədi nədir? Bu suala ağlabatan cavablardan biri belədir: görünür, vəkili gənc qıza söz azadlığından pul çıxarmaq fürsətini əldən verməməyi tövsiyə edib.
Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

Artıq ekspertizadan keçirilən bu işə dair ilkin dinləmələr oktyabrın 21-də Nəsimi Rayon Məhkəməsində baxılacaq. Ümidvarıq ki, İlham Cəfərovun sədri olduğu Nəsimi Rayon Məhkəməsində məsələ ədalətli həllini tapacaq və Əzizova jurnalistlərin cibinə göz dikmək fikrindən daşınaraq sevdiyi peşəsi - taekvondo ilə daha həvəslə məşğul olacaq.

Manevr.az

Fəridə Əzizova söz azadlığından tamah güdür? - ŞƏRH

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar