Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirildi

Tarix: 04-05-2024 22:31     Baxış: 3111 A- / A+
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib. 

Yarışlar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Avarçəkmə idmanının vətəni sayılan Mingəçevirdə şəhərin mərkəzi küçələri reqatada iştirak edən ölkələrin bayraqları ilə bəzədilib. Mingəçevir Şəhər Polis idarəsi rəisi Ədalət Əliyev, Mingəçevir Şəhər Yol Polis idarəsi rəisi Yusif Paşayev və rəis müavini Abuzər İsmayılov sabitliyin qorunmasında fəal çalışıblar. Onlar həmçinin təqdimetmə mərasimində iştirak etmiş, yarışa qatılan idmançılarla birgə Heydər Əliyev büstünü ziyarət ediblər. Komandalar 500, 1000 və 1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparıblar. Kanoe-kayakda Gürcüstan millisi, akademik avarçəkmədə isə Özbəkistan seçməsi birinci olub.

Azərbaycan yığması isə turniri 9 medalla başa vurub. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə kanoe-kayak və akademik avarçəkmə növündə qaliblərə kuboklar təqdim olunub. Mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov və Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.

Bağlanış mərasimi bədii hissə ilə davam edib. “Prezident Kuboku” reqatasına atəşfəşanlıqda yekun vurulub. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılıb.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib. 

Səxavət Kəlbəcərli
Azərbaycan Yazıçılar birliyinin üzvü,
Prezident təqaüdçüsü







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar