Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah geomaqnit qasırğası gözlənilir

Tarix: 04-05-2024 20:10     Baxış: 366 A- / A+
Sabah geomaqnit qasırğası gözlənilir

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə edilib. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yerin yaxınlığından keçəcəyi proqnozlaşdırılır.
 
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, mayın 4-dən 6-dək Günəş aktivliyinin davam edəcəyi üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur. Həmin günlər üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri hiss olunacaq.
 
Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14:00-dək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.
 
Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksəksürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar