Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Zədələnmiş evlərin tikinti işlərinə 21 şirkət cəlb olunub" - Kəmaləddin Heydərov

Tarix: 10-10-2019 19:33     Baxış: 2329 A- / A+
"Zədələnmiş evlərin tikinti işlərinə 21 şirkət cəlb olunub" - Kəmaləddin Heydərov


"Bu il sentyabrın 30-dək zəlzələ bölgəsində qəzalı evlərin əvəzinə 327 fərdi evin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. 206 fərdi evin tikintisi davam edir və bu ilin noyabr ayında başa çatacaq".

Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantıda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10 min 608 fərdi yaşayış evi müayinə olunub ki, bu da ümumi təsərrüfatların 17 faizinə bərabərdir: "Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı olduğu, 1988-nin bərpaya, 4826-nın təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu müəyyən edilib. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə yaxın mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70 faizə qədəri yerli əhalidən ibarətdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar