Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi

Tarix: 28-01-2025 15:34     Baxış: 86 A- / A+
Emil Rasimoğlu


Klassik ədəbiyyatımızdan hazırkı çağımıza qədər uzanan ədəbi yolda ədəbiyyatın, sənətin mahiyyətinə belə demək mümkünsə, əlavə edilmiş, “qazandırılmış” (sənətin ehtivasına xas olmayan) çox yad “qatqılar”, nəsnələr, elementlər... var.
Hansı ki, onlar BİRBAŞA sənəti (eləcə də sənətkarlığı!) ifadə etmir.  
Məsələn, bir hadisənin, mövzunun OLDUĞU KİMİ (xammal şəklində!), ƏDƏBİ TƏFƏKKÜRDƏN EMAL OLUNMADAN nəzmə çəkilməsi sənəti, sənətkarlığı ortaya qoyurmu? Təbii ki, əsla, yox...  

Bu da bir acı həqiqətdir ki, həmin zaman məsələnin nəzm hissəsi mövcud MƏTNsizliyi, sənətkarlığın olmamasını çox müstəvilərdə, düşüncələrdə necə deyərlər, “ört — bastır” edir... edib. Çünki sənətin gerçək meyarları, mahiyyəti bütün dövr ədəbi proseslərində çox az adama bəlli olub. Daha doğrusu, çox az adam o gerçək meyarlara, mahiyyətə çata bilib. Dünən də belə idi... bu gün də belədi... hələ bəlkə sabah da belə olacaq. Fikirlərimi bir az da konkretləşdirim... Məsələn, götürək, Səməd Vurğunun külliyatını. Ən çox nədən ibarətdir? Eləcə, müəyyən hadisələrin, proseslərin, müşahidələrin... ümumilikdə mövzuların OLDUĞU KİMİ (xammal şəklində!) nəzmə çəkilməsindən. Həm də necə nəzmə çəkilməsindən? Dediyim kimi, xammal şəklində, ədəbi təfəkkürdən emal olunmadan.  

Məhz bu baxımdan da Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox. Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi. Bunlar çox incə və ciddi mətləblərdi... ... Nəzmə çəkmək hələ yaradıcılıq nümayiş etdirmək, fundamental ədəbi təfəkkür ortaya qoymaq demək deyil. Kütlə təfəkkürü isə sənətkarlığı məsələnin nəzm, ahəng... hissəsində görür. Bu isə yanlışlıqdan başqa heç nəyi ifadə etmir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar