Xəbər lenti
Məmməd İsmayılın yol verdiyi “Məmməd yanlışlıqları”nın kökündə Sabir Rüstəmxanlı dayanır
Elə şəxslər var ki, zaman keçdikcə gərək onları müxtəlif vasitələrlə bacardıqca (xüsusən də özünü özündən, ötürdüyü informasiyalardan) qoruyasan...
... Sabir Rüstəmxanlının Məmməd İsmayılla söhbətləşməsinin kadrlarını izlədim. İzlədim və xeyli təəssüf etdim. Kadrların içində Məmməd İsmayıl öz xarakterinin, mövqeyinin ... və bütövlükdə həyat yolunun əksinə “üzürdü”... və “üzdükcə” də sahildən daha çox biixtiyar olaraq “boğulmağı” axtarırdı, sanki ona can atırdı (ki, “can qurtarsın!”). Bilmirəm, özü fərqində idi ya yox, o “üzmək” onu heç sahilə də aparıb çıxarda bilməzdi...
Adam fikirlərində o “həddə” gəlib çıxdı ki... bircə yaşadığı ömrə görə üzr istəmədi (amma elə ifadələrinin fonunda mahiyyət etibarı ilə üzr də istədi!)
... Məmməd İsmayılın yaradıcılığını heç vaxt ciddi ədəbiyyat, sənət hesab etməmişəm... və bu nüansı da məqam gəlib, dəfələrlə əhatəli şəkildə qeyd etmişəm. Bu bir ayrı mövzudur. Sözümün canı o deyil.
Amma Məmməd İsmayılın ictimai müstəvidə xarakterindən, təbiətindən, taleyindən doğan bir TABLOsu var. Mən o tabloya sarsıldım. Həm də çox!
Sabir Rüstəmxanlı məhz o tabonu “yandırdı”...
Bütün bu iradlarımı üzü Məmməd İsmayıla sarı bildirsəm də... ömrünün bu çağında (iradəsizliyin bir az da qeyri-ixtiyari hökm sürdüyü çağında!) həmin kadrlardakı Məmməd İsmayılın yol verdiyi “Məmməd yanlışlıqları”nın kökündə Sabir Rüstəmxanlı dayanır. Axı, sən bilirsən... bilirsən ki, Məmməd xarakteri... Məmməd təbiəti... Məmməd yolu... Məmməd taleyi haradan gəlib, necə ifadə olunub... və hara gedir. İlin-günün bu vaxtında niyə ondan başqa Məmməd İsmayıl “yoğurursan”...və ya niyə “yoğrulmasına” şərait yaradırsan, ey Sabir həzrətləri?!
Emil Rasimoğlu
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar