Xəbər lenti
Dəyərini bilməyən dəyərlilər...
Sevinc QƏRİB
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Biz həyata yaşamağa gəldik. Yaşamaq dediyim, böyük anlamda düşüncələrin, hisslərin, ideyaların, əqidə, məslək və məramların pərvəriş etdiyi həyatda var olmaq, varlığını isbat etmək, yaşadığını anlamaq, eyni zamanda yaşatmaq duyğusunu canlandırmaqdır. Təbii ki, məişət qayğılarının mənəvi yüksəlişimizə mane olduğu bir zamanda, idrakın cahilliyə yenildiyi cəmiyyətdə özün olmaq, fərqliliyini, dəyərini cəmiyyətin güzgüsünə sızdırmaq çətin, hətta çox çətindir.
Və biz bu çətinliyin önünə keçib, hərəmiz bir missiya daşıyıcısı olaraq, həyatın yükünü çiyinlərimizə alıb, ömrün yetdiyi qədər yol gedirik. Bu yolda qarşımıza müxtəlif insanlar çıxır. Bəziləri sınaq kimi, bəziləri dost, bəziləri sadəcə "ayaqbağı" olaraq. İstəyərək və ya istəməyərək taleyin qarşımıza çıxardığı insanlarla müəyyən mənada ünsiyyətdə olur, kimdənsə öyrənir, kiməsə yardımçı olur, kiminsə əqidadaşına çevrilirik. Elə insanlar var ki, həyatında silinməz izlər buraxır, kimisi yara, kimisi sevgi izləri... Elə insanlar da var ki, tanıdığına, yanında olduğuna şükranlıq hisslərini hər an dualarının gözünə qatıb göndərərsən Tanrının evinə.
Böyüklüyü, ədəbi, davranışı, xarakteri ilə səni öz cazibəsinə alan bu insanların yanında olmaq, dost duyğularına qapılmaq, ondan nəsə öyrənmək kiçik dünyana sığışdırdığın xoşbəxtlik kimidir. Mənəviyyatı insanlığa xas keyfiyyətlərlə zəngin olan bu insanlar təəssüf ki, həyatda çox vaxt öz qiymətlərini almırlar. Əslində hər kəs onların dəyərli olduğunu və bu dünyaya səbəbsiz gəlmədiyini bilir. Bilirlər ki, istər əqidəsi, istər dünyagörüşü, istər mənəviyyatı, savadı, istərsə də seçimləri ilə belə insanlar fərqlilik etalonudur. Ancaq nə yazıq ki, bu həqiqəti dilə gətirmək və yaxud təsdiq etmək hər kəsin vicdanı ölçüsündə olmur. Hansısa şeytani qüvvə cəmiyyətin müəyyən kəsimini seçilmişləri gözdən salmağa, görünən və görünməyən tərəflərini yalnış təbliğ etməyə sövq edir. Bu başqasının uğuruna sevinə bilməyən, uğursuzluq, dəyərsizlik sindromuna uğramış, boyu çatmayana iftira atmaq xislətində olan kəslərin hər addımda qarşılaşdığımız hərəkətidir. Bir adı da paxıllıq olan bu xəstəliyin nə yazıq ki, müalicəsi yoxdur.
Bir həqiqət də var ki, əslində çox dəyərli olan insanlar özləri də hansı qatda olduqlarını bilmir. Daha doğrusu, təmənnasız yaxşılıq, mənəvi bolluq, geniş təfəkkür, dərin idrak, dünyəvilik fonunda təvazökarcasına yaşamağı seçirlər.
Əsla yalnışını görmək istəmədiyin, hansısa qüsurunu təsəvvürünə belə gətirmədiyin belə insanların kiçik "səhvi" zalımcasına fikirlərini qarışdırar, düşüncələrini alt-üst edər. Bundan daha çox, o insanın öz sambalı qarşısında niyə bu cür davranmasına üzülərsən. Axı o səviyyənin yüksək mərtəbəsindədi, axı o dəyərlidi, dəyərdi. Xarakteri hər zaman ciddilik sərgiləyən, hər şeyin yerini bilən, ağayana bir insan niyə birdən cılız fikir söyləsin?!!
Kimisə ilahiləşdirməyin (bütləşdirmək də demək olar...) məntiqsizliyini təfəkkürüm dərk etdiyi qədər anlayıram və bu "şəkillənmənin" əleyhinəyəm. Nəticədə biz insan kimi yarandıq. Və yaşam boyu səhv etmək, yalnışlardan dərs almaq da bizim üçün qaçılmaz oldu. Kimə nə olar, kimə nə olmaz "qəlibi"də meyar seçimimdə deyil.
Ancaq dəyərli birinin bilərəkdən yalnış etməsini qəbullanmaq, o insanın dəyərinə kölgə salmaqdır mənim üçün. Əsla və qətiyyən o insanı mən belə tanıdım, mən belə gördüm deyə mülahizə yürütmürəm. Və dəyəri cinsə də bölmürəm, qadın ya kişi. Ucalıq elə ucalıqdı. Əslində onu(onları) hamı elə görür, o (onlar) elə görünən, bilinən dəyərdədi.
Sadəcə belə nüanslarda o insanları vurmağa çalışan, pusquda dayanıb hər an yalnışlarını əleyhlərinə işlətmək üçün məqam axtaran xəbislərə fürsət verilmiş olur. Bu baxımdan o insanlar üçün narahat olur, daxilən ağrıyıram. Doğrudur, dərisi beş qəpiyə dəyməz xaraktersiz, "ucalığa" əyilməklə yetişmək cəhdi güdənlərin nə dedikləri dərrakəli insanlar üçün önəm daşımır. Ancaq bir məsəl də var ki, milçək bir şey olmasa da ürək bulandırır. Və alçaqların yüksəklərə dil uzatması dəyəri anlayan biri kimi ağırıma gəlir. Kənardan səssiz müşahidə etmək, görünənə göz yummaq da bir ayrı incidir ruhumu.
Lütfən, dəyərinizi bilin, dəyərlilər! Ayağınızın ucuna çatmayanlara başınıza çıxmağa imkan verməyin. Göründüyünüz, olduğunuz ucalıqda qalın! Sizlərə zirvə yaraşır!!!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar