Xəbər lenti
“Azərbaycanda yazıblar mən satanistəm, alkaşam, narkomanam...” - Ekstrasens Zirəddinin müraciəti

Rusiya vətəndaş olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev (“ekstrasens Zirəddin” kimi tanınır) Azərbaycan mətbuatında onun barəsində dərc edilən xəbərlərdən qəzəblənərək FTX-yə yaxınlığı ilə bilinən Life.ru kanalı üzərindən videomüraciət yayıb.
Manevr.az xəbər verir ki, Zirəddin Rzayev Rusiya vətəndaşı olduğu halda Azərbaycan mətbuatının ondan əl çəkmədiyini, sarı mətbuatın barəsində hər cür hədyan yazdığını bildirir. “Məndən nə istəyirsiniz?” deyə jurnalistlərdən soruşur.
“Siz hamınız Azərbaycanda mənim barəmdə yazmısınız ki, satanistəm, alkaşam, narkomanam, agentəm. İndi də yazmağa heç nə qalmayıb, bütün sərhədləri keçib mənə çirkab atırsınız. Bu, artıq işləmir. Özünüzü biabır etməyin. Mən Rusiya vətəndaşıyam. Rusiyada yaşayıram. Məndən nə istəyirsiniz? Mən sizə nə pislik etmişəm? Niyə Azərbaycan vətəndaşlarından yazmırsınız, məndən yazırsınız? Mənim populyarlığım hesabına pul qazanmaq, piar qurmaq istəyirsiniz. Kim sizə sifariş edib ki, barəmdə çirkin məqalələr yazasınız?”-Zirəddin Rzayev soruşur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































