Xəbər lenti
Avtobuslar elektriklə işləyəcək

Elektriklə işləyən avtobuslar yaxın zamanda istifadəyə veriləcək
Türkiyənin "Aselsan" və "Temsa" şirkətləri müştərək şəkildə ictimai nəqliyyat üçün elektriklə işləyən avtobus istehsal edib.
Manevr.az "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, elektriklə işləyən avtobuslar 8-10 dəqiqə elektrik ehtiyatı toplaya bilir. Layihə üzrə avtobusların iki nümunəsi hazırlanıb. Yaxın zamanlarda avtobusların istismara veriləcəkləri ehtimal edilir.
"Avtobuslar xüsusi elektrik sistemlə təchiz olunub və karbon tullantıları sıfra bərabərdir. Nəqliyyat vasitəsi səssiz, komfortlu və ən son texnoloji sistemlərlə təchiz edilib. Avtobusda 35 oturacaq və ayaqüstü 52 nəfər üçün nəzərdə tutulub", - şirkətin nümayəndələri söyləyiblər.
Avtobus elektrik enerjisi ilə 50-70 km məsafə qət edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































