Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” - Lənkəranda tədbir

Tarix: 13-03-2017 17:08     Baxış: 1302 A- / A+
“Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr”


Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Dövlət Universiteti və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) birgə təşkilatçılığı ilə “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda tədbir keçirilib.

Lənkəran Dövlət Universitetində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, LDU-nun müəllim-tələbə kollektivi, TUMİB-in nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir. İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. Ç.Bayramov deyib ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh, həmrəylik, dostluq dini olduğunu bildirərək, cənab Prezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının mühüm təşəbbüs olduğunu diqqətə çatdırıb.

LDU-nun Elm və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Məmmədov gənclər arasında belə tədbirlərin keçirilməsinin, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb.
TUMİB İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Orxan Vəliyev və Səbinə Novruzzadə çıxışlarında milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildiriblər.

“Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar