Xəbər lenti
Azərbaycanda villalara qənim kəsilən dəstə saxlanılıb - VİDEO
Villalardan qarət edən dəstə saxlanılıb. Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş verib. Çoxsaylı zərərçəkmişlər rayon polis idarəsinə məlumat veriblər ki, evdə olmadıqları vaxt mənzillərindən xeyli məişət avadanlıqları oğurlanıb.
Hadisə yerlərində araşdırmaya başlayan polis əməliyyat qrupu yaradaraq cinayətkarların izinə düşblər. Çox çəkməyib ki, hadisələri törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni yaxalayıb. Onlar 24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abışov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovdur.
İlkin dindirmə zamanı saxlanılan şəxslər Mehdiabad, Fatmayı, Goradil kənd ərazilərində 15-dən çox evdən oğurluq etdiklərini deyiblər. Onlar müxtəlif vaxtlarda evlərdən qızı-zinət əşyaları və xeyli televizorı oğurlayıblar. Oğurluq təklifi isə dəstə üzvlərinə Namiq Abışovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib. Və evlərə özü daxil olub.
Həmin şəxslər əlbir olub oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə satıblar. Pul isə 4 nəfər arasında ata malı kimi bölünüb.
Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, isntintaq gedir.
Metropolitendə polis şöbəsinin əməkdaşları isə cibgirliklə məşğul olan şəxsi saxlayıblar. Sumqayıt şəhər sakini Kəmalə Əhmədova metronun ''28 may'' stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.Təhlükəsizlik kameraları vasitəsi ilə qadına qarşı cibgirlik etmiş Ağdam rayon sakini Hacı Mehdiyevi müəyyən edərək saxlayıb. Saxlanılarkən o da törətdiyi əməli etraf edib. İndi polis onun bu əməlindən zərərçəkən şəxslərin sayını dəqiqləşdirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar