Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Sabirabadda gənclərlə görüş keçirib

Tarix: 11-03-2017 15:55     Baxış: 1334 A- / A+
TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Sabirabadda gənclərlə görüş keçirib


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan islam sivilizasiyaların əsas mərkəzlərindən bir kimi: Gənclərin qarşısında duran vəzifələr” adlı konfrans keçirib.

Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər.

Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlər boyu dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. Son illər Bakıda İslam ölkələrinin iştirakı ilə müxtəlif beynəlxalq tədirlərin keçirildiyini vurğulayan H.Həsənov Azərbaycanın İslam dövlətləri arasında mənəvi körpüyə çevrildiyini bildirib.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir.

İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. Ç.Bayramov deyib ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar. “Hazırda Azərbaycanda mövcud olan model digər İslam cəmiyyətləri üçün parlaq nümunədir. Bu nümunəni təbliğ etməyə ehtiyac var”, - deyə Ç.Bayramov bildirib.

TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə deyib ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan həmişə xüsusi həssaslıqla yanaşılıb. Natiq ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
TUMİB üzvü Orxan Vəliyev deyib ki, Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. O.Vəliyev bunu Azərbaycan cəmiyyətinin tolerant düşüncəyə malik olması ilə izah edib.

TUMİB-in mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə analoji tədbirlərin gənclərin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. S.Novruzzadə bildirib ki, yeniyetmə və gənclərimizin arasında ideoloji maarifçilik işi aparmaqla onları radikal dini təriqətlərin və yad sektaların təsirindən qorumaq mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar