Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Pensiya yaşının artırılması ilə bağlı məsələ təxirə salınmalıdır”

Tarix: 09-03-2017 20:44     Baxış: 3325 A- / A+
“Pensiya yaşının artırılması ilə bağlı məsələ təxirə salınmalıdır”


Vüqar Bayramov: “Bütövlükdə isə islahatların qəbul edilməsi məqsədəuyğundur”

Pensiya yaşının 65-ə qaldırılması ilə bağlı təklif edilən yenilik cəmiyyətdə ciddi müzakirələrə səbəb olmaqdadır. Bəzi vətəndaşlar hesab edir ki, bu yenilik pensiya sektoruna olan marağım ciddi şəkildə azalmasına gtirib çıxardacaq.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov pensiya islahatları paketində onları qane edən və etməyən məqamlara toxunub:

“Pensiya islahatları paketində bizim həm təqdir etdiyimiz, həm də məqəsədəuyğun hesab etmədiyimiz müddəlar var. Pensiya paktində bəzi maddələr dünya təcrübəsinə uyğun şəkildə hazırlanıb. Əmək pensiyasının hesablanması qaydası, 12 illik stajın ləğv edilməsi və buna uyğun olaraq minimum pensiya məbləğinin müəyyənləşdirilməsi bu qəbildəndir. Pensiya ödənişlərinin 50%-nin deyil, 100%-nin vətəndaşın özünə qaytarılması olduqca vacibdir.

Pensiya paketində bizim məqəsədəuyğun hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. Pensiya yaşının artırılmasına indiki məqamda ehtiyac yoxdur. Bəzi qrup kateqoriyalar, xüsusilə də müəllimlər və həkimlər üçün pensiya yaşının artıılması bəlkə də müzakirə edilməyən mövzu olmaya bilər. Lakin digər kateqoeriyalardan olan, yaxud işləməyən vətəndaşlar üçün pensiya yaşının artıırlması məqəsədəuyğun hesab edilmir.

Hesab edirəm ki, islahatlar paketi bəzi iş qruplarının bu məsələyə marağının azalmasına gətirib çıxardacaq. Bəzi iş qruplarının isə paraktiki olaraq marağını azaltmayacaq. Mövcud qaydalar daha çox ödəniş edənlərin daha tez əmək pensiyasına çıxmasına şərait yaradır. Bildiyiniz kimi, mövcud islahatlar paketində əəmək pensiyası ilə yaşa görə pensiya arasında fərqlər müəyyənləşib.

Təklif edirəm ki, pensiya yaşının artırılması ilə bağlı məsələ müəyyən müddət üçün təxirə salınsın. Yaxşı olar ki, bu məsələ 2020-ci ildən sonraya saxlanlsın. Bütövlükdə isə islahatların qəbul edilməsi məqsədəuyğundur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar