Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Bəzi saytlarla bağlı baş prokuror və DTX rəisinə müraciət edəcəyik" - Fərasət Qurbanov

Tarix: 09-03-2017 19:16     Baxış: 3395 A- / A+
"Bəzi saytlarla bağlı baş prokuror və DTX rəisinə müraciət edəcəyik"

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə edib.

Manevr.az xəbər verir ki, bu barədə apa-ya QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. Onun sözlərinə görə, Şura fəaliyyətində hər zaman şəffaflıq və hesabatlılıq prinsipini əsas götürüb: "Təəssüf ki, bəzi media qurumlarında müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan şantaj və böhtan xarakterli yazılar yer alıb. Bunlardan bəziləri Mətbuat Şurasına müraciətimizdən sonra üzr istəyərək, peşmanlığını ifadə etsə də, bundan nəticə çıxarmayan elektron media qurumları var. Ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb. Bu cür saytları dəfələrlə yayımladıqları "məqalələrə" görə real araşdırmalar aparmağa dəvət etsək də, bütün suallarını cavablandırmağa hazır olduğumuzu bildirsək də onlar bundan yayınmaqla əsl məqsədlərinin şantaj və böhtan olduğunu göstərib".

F. Qurbanov deyib ki, bu yazılarda Şuranın ictimai nüfuzuna və bütövlükdə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kobud hörmətsizlik edilməklə çoxsaylı təhqir və böhtana yol verilib.

"Bütün bunlara görə bu gün www.obyektivinfo.az, www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az və www.uluyol.info saytlarında haqqımızda dərc olunmuş böhtan, şantaj və təhqir hallarının araşdırılması xahişi ilə Zakir Qaralova və Mədət Quliyevə müraciət göndərmişəm. Şura olaraq, bu tip hallara qarşı sonadək dözmək fikrimiz yoxdur. Hesab edirik ki, bu məsələ hüquq müstəvisində həllini tapmalıdır" - deyə, o əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar