Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? - Rejissordan AÇIQLAMA

Tarix: 09-03-2017 14:08     Baxış: 5487 A- / A+
“Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir?

“Sərdar Həmidovun böyük xidmətləri olub. Adı çəkilməyib, amma filmdə onunla bağlı olan kadrlar var. Filmə baxsanız, həmin kadrları görə bilərsiniz. Sərdar Həmidovun böyük xidmətləri olub, bu, danılmazdır. Əsgərlərə hər zaman arxa-dayaq olub, əlində avtomat öndə gedib”.

Manevr.az xəbər veriri ki, bunu açıqlamasında Tərtər batalyonu və onun döyüşçüləri haqqında çəkilən “Batalyon” sənədli filminin rejissoru Nizami Abbas deyib.

Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında lentə alınıb. Filmdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmanlıq göstərən batalyonun yaradıcılarından olan Sərdar Həmidovun adının çəkilməməsi ailə üzvləri və müəyyən çevrələr tərəfindən narazılıqla qarşılanıb.

Sərdar Həmidovu şəxsən tanıdığını və böyük xidmətlərini gözəl bildiyini deyən rejissor film efirə gedəndən sonra daha geniş açıqlama verəcəyini bildirib:

“Film mənim versiyamda tamam başqa idi. İnşallah, onu Youtube-da yerləşdirəcəyəm. Amma filmdə Həmidov bilinir. Sizə deyim ki, həmi kadrlara pis münasibət də olmadı”.( Modern.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar