Xəbər lenti
Bazarlarda bahalaşma sürətləndi - QİYMƏTLƏR
Son dövrün müşahidələrinə əsasən, bazarlar insanların maliyyə cəhətdən daha çox vəsait itirdiyi və qazandığı yer kimi qeydə alınıb. Təbii ki, qazanc əldə edən tərəf müxtəlif üsullardan yararlanaraq, daha çox gəlir etməkdə maraqlıdır. Xüsusən də qarşıdan bayram günləri gəlirsə, ən effektiv yol qiymətlərin qaldırılması olur.
Modern.az saytının əməkdaşı bayram ərəfəsini nəzərə alaraq Bakıdakı bir neçə bazara baş çəkib, qiymətlərlə maraqlanıb. Müşahidələrimizə əsasən deyə bilərik ki, qiymətlər "od tutub, yanır”.
Bazarda ilk yanaşdığımız satıcı Akif dayıdan qiymətləri, bahalığın səbəblərini soruşduq. O da özünəməxsus tərzdə cavab verdi:
"Bəzən olur ki, bazarda işlər yaxşı getmir. Məhsul satılmır, xarab olur. Nəticədə ziyana düşürük. Amma belə bayramlar ərəfəsində "bir- iki qəpik artıq” satanda biz də normal dolana bilirik. Bayramdan sonra da yenə əvvəlki qiymətə satırıq. Ancaq qiymətlər o qədər də baha olmur. Bəzi xarici məhsullar var ki, onlar həmişə baha olub.
Qiymətlər şəraitə görə də dəyişir. Məsələn, gilasın 1 kq-ı 40 manatadı, alçanın bir dənəsi isə 5 manata. Gözləyirik yeni mallar gətiriləcək, artıq gilas 40 yox, 50-55 manata qalxacaq”.
Akif dayının dediyi "bir-iki qəpik artım”ı daha da dəqiqləşdirmək üçün 3- cü mikrorayon ərazisindəki bazarda digər satıcılara da yanaşdıq. Vəziyyət onun dediyi kimiydi, qiymətlərdə artımlar var. Satıcılar fərqli qiymətlər təklif edirdilər. Kimi "bir-iki qəpik artım”la kifayətlənmişdi, kimi də lap "yuxarı qalxmışdı”.
Məsələn, bazarın girişində kilosu 6-7 manata təklif olunan qoz içəridə 8-9 manata satılırdı. Bazar satıcılarının bununla bağlı da fikrlərini öyrəndik.
"Müştəri elədi ki, birinci gözü nəyi görürsə, onu almaq istəyir. Biz də qiymətləri çox qaldırmırıq ki, qorxub qaçmasınlar. Həm də qaldırmaq istəyən qaldırır. Biz onlara qarışmırıq. Arada olur biz də qiymətləri qaldırırıq. Amma alış-veriş zamanı müştəriyə uyğun olaraq qiyməti dəyişə də bilərik”,- satıcılar bildirdilər.
Alıcıların qiymətlərdən razı qalmadıqları gözlərdən oxunurdu:
Həsən Əliyev (müəllim): "Hər şey çox bahalaşıb. Adi kələmin qiyməti belə, qalxıb. Qoz-fındıq ləpəsinin kilosu 20 manatadır. Belə olmaz, insanların vəziyyətini də nəzərə alsınlar”.
Sahibə Nəzərova (pensiyaçı): "Guya bayrama hazırlaşırıq, gəlib baxıb, gedirik. Deyirlərsə alma 10 manatadı, deməli 10 manatadı. Amma bu camaatı da fikirləşsələr, yaxşı olar. Hamının gücü çatmır axı. Əziz gündü, niyə kiminsə süfrəsi boş qalsın?”.
Könül Xəlilqızı: "Biz bayramqabağı nə lazımdısa -qoz- fındıq hər şey alırıq. Başqa çarəmiz yoxdu. Hamı istəyir süfrəsinə nələrsə düzsün”.
Natiq Rzayev (bərbər): "Hər il belə olur. Həmişə bayramlarda qiymətlər qalxır. Ancaq bu il daha çox artım var. Əvvəl 1 manata 2 kq alma alırdıq, indi almanın kilosunun qiyməti 2-3 manatadır”.
Sevil Əliyeva (evdar qadın): "Bazarlar həqiqi mənada od tutub yanır. Əvvəl dollara görə qiymətlər qalxmışdı. İndi də bayrama görə qaldırırlar. Bu düzgün deyil. Baxın, heç kim ürəklə nəsə almaq istəmir. Hamı iki-üç alma alıb atır çantasına ki, evə əliboş getməsin. Evdə uşağı olan var. Adam uşağın üzünə baxmağa utanır. Heç olmasa camaatı da nəzərə alsınlar”.
Nizam Kamranlı: "Məntiqlə düşünsək, görərik ki, bazara orta təbəqə nümayəndələri gəlir. Hansı imkanlı adam gəlib bazardan alver edər? Ona görə də camaatı nəzərə almaq lazımdır”.
Baş çəkdiyimiz "Nəsimi bazarı”, "8-ci kilometr bazarı”, "3-cü mikrorayon bazarı”nda bəzi məhsulların orta qiymətlərini sizlərə təqdim edirik:
qoz - 8-9 manat
qoz ləpəsi – 18-20 manat
fındıq - 7-8 manat
şabalıd - 8-9 manat
qaysı - 8-9 manat
ağ kişmiş - 7-8 manat
qara kişmiş – 12-15 manat
kələm - 1-2 manat
pomidor - 3-4 manat
xiyar - 4-5 manat
soğan - 80 qəpik
kök - 1 manat
kartof - 1- 2 manat
alma – 2- 6 manat
portağal – 2-6 manat
armud – 3-8 manat
ananas - 7 manat
banan – 2 manat 50 qəpik - 4 manat
nar – 3-5 manat
düyü - 2- 5 manat
mərci 3.30-4 manat
mal əti – 11-13 manat
qoyun əti – 12-14 manat
göyərti – 4-5 dəstəsi 1 manat.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar