Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

““Qırxlı uşağın üstünə getməzlər” fikri tibbi cəhətdən əsaslandırılıb” - Baş pediatr

Tarix: 04-03-2017 20:38     Baxış: 4578 A- / A+
““Qırxlı uşağın üstünə getməzlər” fikri tibbi cəhətdən əsaslandırılıb”



"40 gün ana və körpəni hamıdan ayırırlar ki, uşağın bədənində saprofit və digər mikrob floralarının formalaşması 40-45 günə başa çatır".

Manevr.az xəbər verir ki, bu sözləri kaspi.az-a açıqlamasında K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.

O bildirib ki, sonra uşaq kimin yanına getsə qorxusu yoxdur. Təbiətə uyğunlaşma məsələsidir. "Dünyaya uşaq gəldi”ni elə belə demirik. Uşaq ana bətnində olduğu 9 ay ərzində də dünyada olur, amma doğulmayıb, nəfəs almır. Doğulub dünya ilə uyğunlaşmağa başlayanda artıq dünyaya gəlir. Bizim elin gözəl adəti var ki, uşaq doğulanda onu anası ilə bir otaqda saxlayırlar, tapşırırlar ki, üstünə heç kim getməsin. "Qırxlı uşağın üstünə getməzlər”, "Zahının üstünə getməzlər” kimi adətlərimiz qoruyucu faktorun biridir. Tibbi-nöqteyi nəzərdən tam əsaslandırılmışdır. Təbiətin qanunu belədir ki, uşaq dünyaya gələndə onun orqanizmində olan bütün mikrob florası ananınkı ilə oxşar olmalıdır. Bu halda ana südü onu tam qoruyur. Uşağın ağzında, nəfəs yollarında, dəri səthində, hətta bağırsaqlarında olan bakteriya ananınkı ilə eyni olmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar