Xəbər lenti
Nazir oğlunun otelinin yerində bina tikildi

2013-cü ildə İsmayıllı hadisələri zamanı yandırılmış “Çıraq” adı ilə məşhur olan otelin indi nə izi var, nə də tozu. Həmin il otelin yandırılması ictimaiyyət arasında böyük rezonansa səbəb olmuşdu.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olması iddia edilən həmin otelin yerində mehmanxana tikiləcəyi anonsu verilsə də, orada beşmərtəbəli yaşayış binası ucaldılıb.
Yandırılan otelin yerində yaşayış binasının tikintisini həyata keçirən Decot House MMC-nin rəhbəri Mahir Kərimov Modern.az-a açıqlamasında deyib ki, artıq binadakı mənzillər satışa da çıxarılıb.
“Çıraq” otelinin yerində inşa etdirilən beşmərtəbəli binanın tikintisi ötən ilin əvvəllərində başa çatdırılıb. 2017-ci ilin yanvar ayında isə binadakı mənzillər satışa çıxarılıb. Mənzil almaq üçün müraciət edənlər çoxdur. Sadəcə, sənədləri həyata keçirməkdə gecikmələr var. Mənzillərin qiymətləri münasibdir. Sadəcə, alıcı qıtlığı müşahidə olunur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar