Xəbər lenti
"Gənclər biznes qurarkən yerli amilləri nəzərə almalıdırlar” - FOTOLAR
"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihənin icrasını davam etdirir.
Manevr.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Şirvan şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, gənc sahibkarlar, QHT nümayəndələri və jurnalistlər iştirak ediblər.
"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihə barədə məlumat verib.
O, qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunu artırmaq, kənd təsərrüfatı yönümlü gənc sahibkarları maarifləndirmək, onları beynəlxalq təcrübə ilə tanış etmək, konsaltinq və innovasiya xidmətləri göstərməkdir.
Natiq bildirib ki, layihənin icrası başa çatdıqdan sonra da təşkilat öz daxili imkanları hesabına gənclər arasında maarifləndirmə işini davam etdirəcəkdir. S.Verdizadə vurğulayıb ki, gənc sahibkarlar arasında maarifləndirmə işi aparmaqla ölkədə bu sahənin inkişafına töhfə vermək mümkündür.
İqtisadçı-ekspert Adil Məmmədov bildirib ki, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün onların maarifləndirilməsi və biliklərinin artırılması vacib şərtdir: "Gənclər ilk növbədə regionun coğrafiyası ilə tanış olmalı, biznes qurarkən yerli amilləri nəzərə almalıdırlar”.
Ekspert gənc sahibkarları emal sənayesinə maraq göstərməyə səsləyib. Bildirib ki, emal sənayesinin inkişafı aqrar sektorun inkişafını stimullaşdırır.
Sonda tədbir iştirakçılarından N.Quliyev, A.Cəfərova, M.Həsənova və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar