Xəbər lenti
Cəlilabadda gənc sahibkarların problemləri müzakirə olunub
“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Cəlilabad rayonunda baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT təmsilçiləri və gənclər iştirak ediblər.
Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini Loğman Hüseynov təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. L.Hüseynov bildiirb ki, cəlilabadlı gənclər rayonun ictima-siyasi, mədəni, sosial həyatında fəal iştirak edirlər: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclərin problemlərini daim diqqət mərkəzində saxlayır, onların uğur qazanması üçün əlimizdən gələni edirik”.
“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihə barədə məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunu artırmaq, kənd təsərrüfatı ilə məşğul olan gənc sahibkarları maarifləndirmək, onları beynəlxalq təcrübə ilə tanış etmək, konsaltinq və innovasiya xidmətləri göstərməkdir.
İqtisadçı-ekspert Adil Məmmədov bildirib ki, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün onların maarifləndirilməsi və biliklərinin artırılması vacibdir: “Gənclər ilk növbədə regionun coğrafiyası ilə tanış olmalı, biznes qurarkən yerli amilləri nəzərə almalıdırlar”.
Ekspert gənc sahibkarları emal sənayesinə maraq göstərməyə səsləyib. Bildiirb ki, emal sənayesinin inkişafı aqrar sektorun inkişafını stimullaşdırır.
"İnfotex" gənclik və maarifçilik ictimai birliyi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar