Xəbər lenti
Hava soyuyacaq: yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Manevr.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar