Xəbər lenti
Tərtərdə 500-dən çox heyvan tələf olub - Xəstəlik üzündən

Tərtər rayonunda yayılan sarılıq xəstəliyi 500 başdan çox xırdabuynuzlu heyvanın ölümünə səbəb olub. "Report" xəbər verir ki, tələfat Əskipara kəndindəki toyuq fermasında məskunlaşan Laçın rayon məcburi köçkünlərinə məxsus bir neçə fərdi təsərrüfatda qeydə alınıb.
Sakinlərin sözlərinə görə, heyvanlar arasında xəstəlik 2 aydır yayılıb. Baytar həkimlər xəstəliyin qarşısını almaq məqsədi ilə vaksinləmə işləri aparsalar da, bu, hələ ki, bir nəticə verməyib. Fermerlər bunu dərman preparatlarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər.
Tərtər Rayon Baytarlıq İdarəsi yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsini məlumatlandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar