Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qoca da qeybət edir, cavan da...

Tarix: 02-03-2017 22:01     Baxış: 4613 A- / A+
Qoca da qeybət edir, cavan da...

Seymur VERDİZADƏ

Vladimir Putin 1999-cu ildə ilk dəfə hökumətdə yüksək post tutanda onu nəinki Azərbaycan ictimaiyyəti, heç rus cəmiyyəti də yaxşı tanımırdı. Bu “sirli adam” haqda məlumat toplamaq üçün həmkarlarımdan biri ilə politoloq Zərdüşt Əlizadənin qərargahına üz tutduq. Zərdüşt bəy bizə o qədər çox bilgi verdi ki, bir həftə yazıb, oxucuları məlumatlandırdıq. O vaxt diqqətimizi ən çox cəlb edən məqam Putinin cavanlıqda yanğınsöndürən işləməsi olmuşdu...

Bir neçə gün əvvəl Zərdüşt Əlizadəni tənqid etməyim sırf bu amillə bağlı oımuşdu. Gənc və perspektivli həmkarım Kəramət Böyükçölün Zərdüşt bəydən aldığı müsahibəni oxuyanda dəhşətə gəlmişdim. Bu ifadəyə görə üzr istəyirəm, Zərdüşt Əlizadə jurnalistlə söhbət yox, qeybət etmişdi. Hansı ki, biz gənc olanda Zərdüşt bəylə İrandan, Rusiyadan, Amerikadan danışardıq. Bu adamın dərin biliyə, geniş dünyagörüşə malik olduğunu hətta opponentləri də etiraf edir. Görünür, yaş öz sözünü deyir. Bəlkə də mühit onu dəyişdirib. Axı, analitik təfəkkürə malik olan insanlar indi bizim ölkəmizdə bir o qədər də vacib persona sayılmırlar.

Xalq artisti, professor, tanınmış muğam ifaçısı Canəli Əkbərovun məlum müsahibəsini oxuyanda növbəti dəfə sarsıldım. İndiyə kimi Canəli müəllimdən cəmi bir dəfə müsahibə götürmüşəm. Biz o vaxt muğamın şöbələrindən, Azərbaycan mədəniyyətinin qarşısında dayanan vəzifələrdən danışmışdıq. Bu söhbətdən mən də razı qalmışdım, oxucular da. Amma sonuncu müsahibəsində Canəli Əkbərov o qədər cılız söhbətlər edib ki, onun sözlərini burda yazıb, ürəyinizi ikinci dəfə bulandırmaq istəmirəm. Uşaq olanda hər axşam nənəmin 70-80 yaşlı rəfiqələrinin dizinin dibini kəsdirsəm də, heç vaxt onların dilindən bu qədər “səviyyəli” qeybət eşitmədim...

Üç-dörd gün əvvəl telekanalların birində populyar müğənni Nadir Qafarzadənin müsahibəsini izlədim. Ömrünün 47-ci baharını yaşayan Nadir həmkarlarının qeybətini edirdi. Bir neçə dəqiqə sonra efirdə onu Səidə Sultan əvəz etdi. O da kiminsə ünvanına deyinirdi. Bir-iki saat sonra Milli Elmlər Akademiyasında çalışan alim dostumun yanına getdim. Çay süfrəsində hamı şöbə müdirinin arxasınca danışırdı...

Ötən ay yerli serialları tənqid edəndən sonra APA TV-nin “İlham Tumasla 40 dəqiqə” verilişinə dəvət alıdm. Bədbəxtlikdən tənqid etdiyim adamların heç biri müzakirələrə qoşulmadı. Əminəm ki, Azərbaycanda serial çəkənlərin arasında ən azı 20 nəfərin mənə cavab verməyə savadı da, qabiliyyəti də çatır. Amma cəsarətləri çatmır. Loru dildə desək, heç kim ağrımayan başına yas dəsmal bağlamaq istəmir. Tanıdığım adamların böyük əksəriyyəti ictimai müzakirələrdən yayınır. “Danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipi yenə işə düşüb. Biz jurnalistlər insanların ağzından sözü kəlbətinlə çəkirik. Hətta eşitmişəm ki, görüşə çıxan gənclərin çoxu öz sevgilisi ilə danışmağa mövzu tapmır. Müasir dünyadan geridə qalmağımızın bir səbəbi də daxildə fikir prülarizmini inkişaf elətdirə bilməməyimizdir. Rejissor ictimai müzakirələrdən yayındığı üçün onun çəkdiyi seriallarda obrazlar arasındakı dialoq söhbətdən çox, qeybətə bənzəyir. Halbuki Azərbaycan cəmiyyətinin qeybətə yox, söhbətə ehtiyacı var. Ağıllı adamların söhbətinə...
(qafqazinfo)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar