Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Pensiya yaşının artırılması büdcə üçün ciddi qənaət deyil" - açıqlama

Tarix: 02-03-2017 13:08     Baxış: 4356 A- / A+
"Pensiya yaşının artırılması büdcə üçün ciddi qənaət deyil"


"Təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz və eləcə də məqbul hesab etmədiyimiz məqamlar var".


Manevr.az-ın verdiyi xəbərə görə, iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında belə deyib. Ekspert pnu da vurğulayıb ki, pensiya yaşının artırılması xanımların sosial müdafiəsi baxımdan da arzuolunmazdır:

"Əvvəlla, CESD-nin bir neçə təklifi bu islahatda yer alıb və təbii ki, bu da təqdir ediləndir. Bunlardan biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir. Belə ki, mövcud qaydalara əsasən əmək pensiyayası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini təklif edirdik və bu da qəbul olunub. İkinci məqam, ABŞ-da olduğu kimi əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə o zaman hətta pensiya yaşı çatmasa da belə əmək pensiyasına müraciət edib, ala bilər".

V.Bayramov deyib ki, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq:


"Təbii ki, məqbul hesab etmədiyimiz məqam pensiya yaşının artırılması ilə bağlıdır. İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş sezinin dəyişdirilməsinə stimul yaratmır. Pensiya yaşının artırılması xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzuolunan deyil. Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Sosial sferada struktur islahatları və o cümlədən saxta əlillik pensiyasılarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən hədəflənən qənaəti əldə etmək mümkündür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar