Xəbər lenti
Gözlərdən niyə yaş axır?
Gözlərdən yaşın gəlməsi aşağıdakı səbəblərdən olur.
1. Yorğunluq gözdən yaş gəlməsinin əsas səbəblərindən biri sayılır. Uzun müddət kompyuterə, televizora baxdıqda, kitab oxuduqda gözlər yorulur və yaş axmağa başlayır. Manevr.az immunitet.az-a istinadən bildirir ki, bu əlamət gözlərə dinclik verdikdən sonra aradan qalxır.
2. Gözətrafı nahiyənin quruması da gözlərin yaşarmasına səbəb olur. Bu gözlərin normal havalanmasının qarşısını alır.
3. Gözə yad cisim düşdükdə gözlər yaşarır. Bu tozun, yandırıcı maddələrin və ya başqa bir cismin gözün selikli qişasını qıcıqlandırdığı zaman baş verir.
4. Gözlər xarici allergenlər səbəbindən də qızarıb yaşara bilir. Bu yaşarma adətən ilin fəsilləri ilə bağlı olur ki, bu zaman asqırma və burunun selikli qişasında qızartılar müəyyən edilir.
5. İnfeksion xəstəliklər və virus xəstəlikləri də gözlərin yaşarmasına səbəb olur.
6. İlin soyuq fəsillərində soyuğun gözün selikli qişasına təsiri gözlərin yaşarmasına səbəb olur. Bunun baş verməməsi üçün evdə gözlərinizi soyuq su ilə tez-tez yuyaraq soyuğa öyrəşdirə bilərsiniz. Bu sizin gözlərinizin soyuğa öyrəşməsinə səbəb olacaq və gözləriniz soyuq havalarda yaşarmayacaq.
7. Gözlərdən səbəbsiz yerə yaş gəlməsinin səbəblərindən biri də orqanizmdə A, E və B2 vitaminlərinin çatışmazlığı olur.
8. Sinir sisteminin zəifləməsi gözün yaşarma səbəblərindən ən başlıcası hesab edilir. Sinir sistemi zəiflədikdə, zehni və psixi yorğunluq zamanı insanın iradəsi zəifləyir və ağlayır. Bu zaman gözlər yaşarır və bəzən bu yaşarma dəqiqələrlə davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar