Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlhamə Quliyevanın il mərasimi mübahisəsinə daha bir tanınmış qarışdı

Tarix: 23-02-2017 17:14     Baxış: 6377 A- / A+
İlhamə Quliyevanın il mərasimi mübahisəsinə daha bir

Aparıcı Sərxan Kərəmoğlu İlhamə Quliyevanın il mərasiminin iki dəfə təşkil edilməsinə münasibət bildirib.

Manevr.az xəbər verir ki, Sərxan Kərəmoğlu sosial şəbəkədə yazdığı statusla Orxan Nadirovu dəstəkləyib: “Bu fotonu ölümüdən öncə yanvarın 13-də çəkmişəm, bizim son fotomuzdur. İndi məni başqa şey maraqlandırır, əgər insanlıq hissim varsa, yazmalıyam.

İlhamə öldükdən sonra əziz dayısı oğlu evdən, yəni Orxandan bir neçə dəst qızıl əşya aldı. Əvəzində dəfn üçün pul verdi. "Morq"da və meyit yuyulan yerdə pul olmayıb, İlhamə yaşayan ərazinin bölmə rəisi pulu Əli Mirəliyevə verib.

"Üç", "yeddi" və "qırx" mərasimləri verildi. Tək qırx mərasiminə getdim, o da Orxana görə. Orxan sələmə pul götürüb yas mərasimlərini verdi. O zaman indiki varislər harada idi? Gülbahar xanım, sizin dilinizdən dəfələrlə eşitmişəm ki, bizim İlhamə ilə işimiz olmaz, o bizim nəslin başını aşağı edib.

Bəs indi başınızı aşağı edən birinin var-dövləti sizə necə şirin gəldi? “Bizdən uzaq olsun” deyən siz deyildinizmi? İndi miras sizə qaldı və qanunlara qarşı kimsə çıxa bilməz. Xeyrini görəsiniz, əgər görə bilsəniz. İndi siz il mərasimi verirsiniz? Sələmə götürülən pulu vermisiniz?

Mən indi anladım ki, İlhamə sizə oxşayıb. Çünki onun indiyənə qədərki günahlarını Allah bilsin. Əldə etdiyi sərvəti mədəni surətdə dilənib. Belə mirasdan kim necə xeyir tapacaq, onu zaman göstərər. Tək Orxan xeyir tapa bilər, o da Allahın işidir. Çünki Orxanın həyatını bilə-bilə bərbad etdi. Bu, artıq başqa mövzudur.

İlhamənin ili sabah olacaq. Onu istəyənlər "Heydər" məscidinə gedə bilərlər. İl günü dini təqvimə görə, hesablanıb”.

Qeyd edək ki, İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib. Mərhumun il mərasiminə görə oğulluğu Orxan Nadirov və bacısı Gülbahar Quliyeva arasında gərginlik yaşanır.

Orxan il mərasimini sabah “Heydər” məscidində, bacısı isə fevralın 25-də “Təzəpir” məscidində keçirəcək.(teleqraf)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar