Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan diasporunun rəhbəri HƏBS EDİLDİ

Tarix: 23-02-2017 14:23     Baxış: 4416 A- / A+
Azərbaycan diasporunun rəhbəri


Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, 2015-ci ildə Qalib Ağayev 600 min rubl (hazırki məzənnə ilə təxminən 18 min manat) büdcə vəsaitini qrant kimi cəlb edərək, "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" layihəsini həyata keçirəcəyini bildirib. Həmin layihə çərçivəsində o, Rusiya Təhsil Nazirliyinin "Rus dünyası" Fondunun ayırdığı pul hesabına Azərbaycandan və Türkiyədən məktəblilərin Rusiyaya dəvət edilməsini və yeniyetmə qonaqlara "Rusiya Qızıl Halqası"na daxil olan şəhərləri göstərməli idi.

Lakin mənbənin bildirdiyinə görə, bu vəsait ayrılsa da layihə həyata keçirilməyib və Qalib Ağayev sözügedən pulları mənimsəyib. Onun barəsində Moskva vilayəti polisində "dələduzluq" maddəsi ilə cinayət işi başlanıb.

Bu günlərdə məhkəmənin qərarı ilə Qalib Ağayev ev dustaqlığına məhkum olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar