Xəbər lenti
“Piyadaların cərimələri ödəməsində fəallıq hiss olunur, bu, yaxşı əlamətdir” - Vaqif Əsədov

“Piyadaların yol-hərəkət qaydalarını pozduqlarına görə cərimələri ödəmələrində xeyli fəallıq hiss olunur”.
Bunu "Trend"ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov qeyd edib ki, cərimələrin ödənilməsi ilə bağlı çoxlu sayda sorğular, zənglər gəlir: “Mənə gələn zənglərdən, sorğu-suallardan da deyə bilərəm ki, cərimələrin ödənilməsində aktivlik hiss olunur. Bu çox yaxşı əlamətdir. Çox güman ki, belə də davam edəcək”.
Qeyd edək ki, piyadaların xeyli hissəsinin yol-hərəkət qaydalarını pozduqlarına görə onlara yazılan cərimələri ödəməməsinə görə yol polisi tərəfindən müəyyən tədbirlər görülür. Bundan öncə V.Əsədov Trend-ə bildirmişdi ki, 2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada yol-hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Ancaq onlardan 50 faizə qədəri cərimələri ödəməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar