Xəbər lenti
Süd alarkən diqqətli olun - VİDEO

Bazarların qarşısında dayanmış kiçik tutumlu süd maşınında, işlənmiş su qabları və sellofan qablarda süd satışı həyata keçirilir.
Xəzər xəbər məlumat verir ki, belə avtomobillərlə satılan südə maraq böyük olsa da, Gigiyena və Epidemiologiya Mərkəzi həyəcan təbili çalır.
Ziyədin Kazımov bildirir ki, çiy süd sağıldıqdan 2-7 saat sonra satılmalıdır ki, belə südlər də rayondan gətirildiyi üçün bu müddətə satılması mümkün deyil. Belə olduqda südün tərkibində turşuluq artır ki, bunun qarşısını almaq üçün sahibkarlar içinə soda əlavə edirlər.
Çiy südün saxlama temperaturu müsbət 6 dərəcə olmalıdır.
Bazarlarda plastik qablarda satılan südlərə də rast gəlmək olur. Mütəxəssilər belə südləri də insan saxlamlığı üçün təhlükəli hesab edirlər. Gigiyena və Epidemiologiya İdarəsindən bildirirlir ki, hazırda sahibkarlıq obyektlərinə yoxlama dayandırıldığından, belə şəxslərə qarşı rəsmi tədbir görülə bilmir. Amma konkret ziyanla nəticələnən vətəndaş şikayəti olsa, həmin şəxslər vurduğu ziyana uyğun cərimələnəcək. Çünki qida təhlükəsizliyi ölkəmiz üçün ən prioritet sahələrdəndir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar