Xəbər lenti
Azərbaycanlı diaspor rəhbərinin qardaşı həbs edildi - Çirkli pulların yuyulması ittihamı
Bu günlərdə Ukrayna Baş prokurorluğunun mətbuat xidməti Ukrayna Milli Bankının ödənişlər departamentinin dırektoru və onunla cinayətdə əlbir olan üç şəxsin təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna Mili Bankının səlahiyyətli nümayəndəsi böyük rüşvət müqabilində tutulan şəxslərə məxsus ödəniş təşkilatı "Platiservis” MMC-ni qeydiyyatdan keçirərək onlara milli bankın şəhadətnaməsini verib.
Kiyevdəki mənbələrdən Moderator.az-a verilən məlumata görə saxlanılan şəxslərdən biri Azərbaycan vətəndaşıdır və Ukrayna Baş prokurorluğu Kiyevdəki səfirliyimizi hadisə barədə məlumatlandırıb. Saxlanılan və haqqında ev dustağı qərarı çıxarılan vətəndaşımızın Ukrayna azərbaycanlıları birləşmiş konqresinin sədri Rövşən Tağıyevin doğma qardaşı Fuad Tağıyevin olduğu bildirilir və saxlanılan şəxslərin çirkli pulların yuyulması ilə məşğul olduqları ehtimal edilir.
Ukrayna azərbaycanlıları birləşmiş konqresinin sədri Rövşən Tağıyev Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədrı Nazim İbrahimovun yaxın dostudur. Bu yaxınlarda Azərbaycan mətbuatında Rövşən Tağıyevin adı bir neçə qalmaqalda hallanıb. O cümlədən onun Ukrayna milli erməni konqresinin sədri Aşot Avanesyan ilə sıx dostluq əlaqələri barədə informasiyalar mediada və sosial çəbəkələrdə yer alıb, hətta birgə şəkilləri yayılmışdı. Rövşən Tağıyevın qalmaqallı sərgüzəştləri barədə mətbuatda tez-tez xəbərlər yayılır və üç il əvvəl Kiyevdə odlu silahdan atəş açmaqla həyatına qəsd edilməsi və güllə yarası alsa da sağ qalması haqqında da məlumat verilmişdi.
Xatırladaq ki, Ukrayna milli erməni konqresinin sədri Aşot Avanesyan əslən Oğuz rayonundan olsa da, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar