Sizin Reklam Burada
Xəbər lenti
01-11-2024
31-10-2024
BÜTÜN XƏBƏRLƏR

Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı təzə xəbər

Tarix: 13-02-2017 16:31     Baxış: 3380 A- / A+
Dağıstanda saxlanılan azərbaycanlılarla bağlı təzə xəbər



“Hazırda Dərbənd Şəhər Polis İdarəsində 200 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılır”.

Bu barədə lent.az-a “Dərbənd” qəzetin müxbiri Telman Tahirli məlumat verib.


Məlumata görə, onların hamısı Dərbənd şəhərində tikintidə çalışırmış və heç birinin işləmək üçün icazə verən sənədi yox imiş.

“Dərbənddə sosial proqram həyata keçirilir. Şəhərin mərkəzində köhnə evlər uçurulur, yerli sakinlər üçün dəniz qırağında evlər tikilir. Amma sakinlər ömürləri boyu mərkəzdə yaşadıqlarından ucqar yerə köçmək istəmirlər. Buna görə də bərk narazılıq yaranmışdı. Elə bu narazılıqla bağlı şəhərə xüsusi komissiya gəlmişdi. Komissiya yeni tikilən evlərlə tanış olanda tikintidə 200-ə yaxın Azərbaycan vətəndaşının qeyri-qanuni yolla işləməsi məlum olmuşdu. Onların heç birinin işləmə izni verən sənədi olmadığından polis idarəsinə gətiriliblər. İdarənin idman zalına yerləşdiriliblər. Yerli camaat onları çörək və zəruri qidayla təmin edir. Şəhər meriyası da kömək göstərir. Böyük ehtimalla onların hamısı deportasiya ediləcək”, - deyə Tahirli bildirib.

Saytın əməkdaşı Dərbənd Şəhər Polis İdarəsi ilə də əlaqə saxlayıb. İdarənin növbətçi hissəsindən verilən məlumata görə, saxlanılanlar barədə inzibati protokol tərtib edilib.

“200-ə yaxın Azərbaycan vətəndaşı İdarəyə gətirilmişdi. Onlar haqda Rusiya Federasiyası Miqrasiya qanunvericiliyinin pozulması barədə protokollar tərtib edildi. Saxlanılanlar işləmə izni olmadan tikintidə çalışırdılar. Düzdür, onlar hazırda sərbəst buraxılıb. Amma işləri məhkəməyə göndəriləcək. Onların deportasiya edilib-edilməyəcəyi barədə qərarı isə məhkəmə verəcək”.

Xatırladaq ki, Dərbənddə azərbaycanlı miqrantların saxlanılması barədə xəbəri ilk olaraq bastainfo.com yayıb.

Manevr.az-a daxil olan məlumata görə, Dərbənddəki problemlə bağlı Azərbaycan səfirliyi Rusiyanın müvafiq dövlət qurumlarına müraciət edəcək.

Bu barədə lent.az-a Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Səfirlikdən onu da bildiblər ki, mövzuyla bağlı onlara heç bir rəsmi müraciət daxil olmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar