Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadının əsl yaşını ələ verən bədən üzvləri

Tarix: 12-02-2017 19:09     Baxış: 4356 A- / A+
Qadının əsl yaşını ələ verən bədən üzvləri


Qadınlar çox yaşamaq istəsələr də, yaşlanmağı yaxınlarına belə buraxmırlar. Gənclik və gözəlliklərini qorumaq üçün əllərindən gələni edirlər. Məsələn, üz dərisinə qulluq edir, qırış, sızanaq, civzə, bir sözlə, onları çirkin göstərən hər xırda amilə qarşı sərt mübarizə üsullarına əl atırlar. Ancaq özünəqulluqda onlar bədəninin 5 üzvünü, demək olar ki, həmişə unudurlar. Manevr.az bu yazıda qadının yaşını ələ verən 5 bədən üzvü və ona qulluq qaydalarını izah edib.

Saçları

Qadın nə qədər yaşlı olarsa, saçları bir o qədər seyrək və solğun olur, tellər getdikcə ağarmağa başlayır və təbii parıltısını itirir.
Nə etməli? Qida rasionuna vitamin kompleksləri, mövsümi meyvə və giləmeyvələr, dəniz məhsulları və balıq növləri daxil edilməlidir. Yaşa dolduqca baş dərisini masaj etmək, protein serumlarından, eləcə də, sulfatsız şampunlardan istifadə və təbii inqrediyentlərdən maskalar qoymaq lazımdır.

Dekolte zonası

Qadının əsas düşmənləri bunlardır: günəşin mənfi şüaları, hündür yastıq, susuz qalmış bədən. Günəş şüaları dərini qurudur və qocalma prosesini sürətləndirir. Nəmsiz qalmış dəri də qocalmağa doğru gedir. Qırışlar, dərinin quruluğu, piqmentlər qadının yaşını ələ verir.
Nə etməli? Günəş şüalarının dəriyə zərər verməsini istəmirsinzisə, onu müntəzəm şəkildə nəmləndirin. Çoxlu su için və SPF tərkibli qidalandırıcı kremlər çəkmədən evdən çıxmayın.

Dirsəklər və dizlər

Bəli, dirsək və dizlər də qadının yaşını ələ verir. Lakin çoxları bədənin bu hissəsinə diqqət ayırmır. Nəticədə qulluq görməyən diz və dirsəklər
elastikliyini itirir. Beləliklə, quru dirsək və diz dərisi qocalmanın ilk əlaməti olur.
Nə etməli? Diz və dirsək dərsinə hər gün yağlı krem çəkin, mütəmadi olaraq pilinq edin və sərt parçadan olmayan geyimlər seçin. Üstəgəl, fitnesslə məşğul olun. Oturub-durmaq da diz əzələlərini gücləndirir.

Əllər

Qadının yaşını əsasən əllərindən bilmək olur. Kişilər də qadının yaşını müəyyən etmək üçün əllərinə baxırlar. Daimi yükləmələr, yuyucu vasitələrlə və su ilə təmas dərinin vəziyyətinə mənfi təsir edir.
Nə etməli? Soyuq havalarda əllərinizi qardan qorumaq üçün əlcək geyinin. Küləkli və yağışlı günlərdə krem çəkmədən evdən çıxmayın.

Sinə

Bədənin bu hissəsi - qadının qürurudur, amma yaşlandıqca sinədə bir çox problemlər yaranır. Ana olduqdan sonra sinələr əvvəlki formasını itirir, sallanmağa başlayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döşlər elastikliyini itirir.
Nə etməli?
Dərinin elastikliyini itirməməsi üçün ona xüsusi qulluq etməli, daim büsqalter geyinməli, sinəni dik saxlayan məşqlər etmək vacibdir. Həmçinin, tez-tez kökəlib arıqlamamaq, isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinmək lazımdır.
Dekolteni yüksək faktorlu qoruyucularla günəşin zərərli şüalarından qorumaq da əsas şərtdir.
Təzyiqli soyuq su masajının da sinəyə dirilik gətirdiyini unutmayın. Duşdan çıxmazdan əvvəl bir neçə dəqiqə dözə biləcəyiniz soyuqluqda soyuq suda qalın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar