Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Psixotrop maddələrin satışına xüsusi icazə verilən apteklərin sayı açıqlandı

Tarix: 09-02-2017 09:20     Baxış: 4359 A- / A+
Psixotrop maddələrin satışına xüsusi icazə verilən apteklərin sayı açıqlandı

Azərbaycanda 8 topdansatış müəssisəsinin psixotrop maddələrin idxalı, 10-dan artıq aptekin isə həmin maddələrin pərakəndə satışı ilə məşğul olmaq üçün xüsusi icazəsi var.

Manevr.az xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Narkoloji Dispanserin direktoru Telman Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin topdansatış müəssisələri tərəfindən idxalı, apteklərdə pərakəndə satışı xüsusi icazə əsasında tənzimlənir: “Xüsusi icazəsi olan topdansatış müəssisələri həmin dərmanları respublikaya idxal edir. Apteklər isə xəstələr üçün onların dövsiyyəsini xüsusi resept əsasında təşkil edir. Xəstələr vaxtlı-vaxtında lazım olan dərmanlarla təmin olunurlar”.

T. Məmmədhəsənov qeyd edib ki, dövlət tərəfindən 23 adda prekursor təsdiqlənib. Onların respublikaya idxalı isə artıq xüsusi icazə ilə deyil, xüsusi lisenziya ilə tənzimlənir: “Prekursorlar da əsasən tibbdə deyil, sənayedə istifadə olunan kimyəvi maddələrdir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da onların idxalı və ixracı dövlət tərəfindən tənzimlənir”.

Xatırladaq ki, Respublika Narkoloji Dispanseri dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya ( xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar