Xəbər lenti
Rövşən Lənkəranski kimdir? - Bioqrafiya
Rövşən Canıyev 1975-ci il yanvarın 27-də Azərbaycanın Lənkəran şəhərində polis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli və ailəli olan Rövşən 17 yaşı olarkən polis işçisi atası Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilir. 1996-cı ildə müttəhimlər kürsüsündə əyləşən atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir. Bu zaman məhkəmə zalında olan Rövşən tapança ələ keçirərək cinayətkarı qətlə yetirir. Rövşənin ruhi vəziyyətini nəzərə alan məhkəmə ona iki il həbs cəzası kəsir. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunur.
2000-ci ilin iyununda Canıyev Bakıda “vorzakon” Kəramət Məmmədovu güllələyir və ağır yaralayır. Avtoritetlər tərəfindən ələ keçirilən Canıyev o qədər möhkəm döyülür ki, kəllə-beyin travması alır və ruhi xəstəlikdən əziyyət çəkir. Həkimlər psixi ekspertizadan keçən Rövşənin təcili müalicə olunmalı olduğunu bildirirlər. Elə həmin il istintaq dayandırılır və qərar qəbul edilməsi üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunur. Məhkəmə qərarı ilə Canıyev müalicə almaq üçün psixi dispanserə göndərilir. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə isə Caniyev cinayət məsuliyyətindən azad edilir. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin o istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunur.
Rövşənin kriminal aləmə gəlişində azərbaycanlı “vorzakon” Mirseymur Abdullayevin adı çəkilir. 2003-cü ildə Abdullayevin, daha sonra Hikmət Muxtarov, Çingiz Axundovun sirli ölümü, Baxa ləqəbli Baxış Əliyev və Vaqif Lənkəranskinin həbsindən sonra Moskvada azərbaycanlıların biznesinə nəzarət Rövşən Lənkəranskinin əlinə keçir.
Bundan başqa, Rövşən 2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinir, lakin o, girov müqabilində azadlığa çıxa bilir.
2008-ci ilin fevralında Canıyev Kiyevdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılır və məhkəmə qərarı ilə ona 40 sutka həbs verilir. Adına cinayət işi açılan ölkəsinə ekstradisiyası gözlənilən Rövşənə hüquq müdafiəçilərinin xahişi ilə gözlənilmədən qaçqın statusu verilir və o, Ukraynada sığınacaq alır. Lakin 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunur. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılır. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsir və buna baxmayaraq Rövşən elə məhkəmə zalından azadlığa buraxılır.
Elə o vaxtdan Azərbaycanı tərk edən Lənkəranski Moskvada qısa zamanda azərbaycanlı avtoritetlər arasında nüfuz, eləcə də, iki ən böyük düşmənini qazanır. 2010-cu ildə nüfuzlu “vorzakon” Ded Xasanın qətli kriminal aləmdə şok effekti yaradır. Qətlin sifarişçisi kimi isə Lənkəranskinin adı hallanır və həmin qətldən sonra Rövşənə qarşı 2 sui-qəsd xəbəri yayılır. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtula bilir.
Rövşənin yeganə düşməni Ded Xasanın klanı deyildi. Bu siyahıya çeçen qanqsterləri, həmçinin hazırda Qobustan həbsxanasında Lotu Quli adı ilə tanınan Nadir Səlifovun da adı daxildir.
Ona qarşı həyata keçirilən sonuncu sui qəsd isə 18 avqust 2016-cı ildə İstanbulda baş tutur. Belə ki, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalır. O, 20-ə yaxın güllə yarası ilə İstanbulun Florence Nightingale Xəstəxanasına aparılır və orada da dünyasını dəyişir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar