Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistlərinin maaşı niyə yarıya endirildi? - Teatrdan açıqlama

Tarix: 06-02-2017 13:39     Baxış: 4433 A- / A+
Xalq artistlərinin maaşı niyə yarıya endirildi?


Üç xalq artisti – rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlının yarımştat iş cədvəlinə keçrilməsi müzakirələrə səbəb olub.

Manevr.az xəbər verir ki, Yasin Qarayev açıqlamasında 280 AZN maaş aldığını bildirib və aldığı maşın yarısının kəsilməsinə etiraz edib.Xalq artisti Ağaxan Salmanlı isə həmkarı ilə birlikdə teatrdan gedəcəyini söyləyib.

Mövzu ilə bağlı Gənc Tamaşaçılar Teatrı açıqlama yayıb.

Bildirilib ki, yarımştatla bağlı qanuna uyğun olaraq addım atılıb:

“Bu günlərdə Gənc Tamaşaçılar Teatrında bir qrup prezident təqaüdçüsü və prezident mükafatçıları olan, yaşı 65-dən və 70- dən keçmiş xalq və əməkdar artistlərinin yarımştata keçirilməsi ilə əlaqədar KİV-də müxtəlif fikirlər səslənir. Teatrın bədii şurasının qərarına əsasən, teatrın bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

Ölkə başçısının 17 may 2011-ci il tarixli, 127-İVQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanuna əsasən yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli xalq Artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə Ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olmuşdur”.

Qeyd edək ki, fevral ayının 8-də xalq artistləri Y.Qarayevin anadan olmasının 70, A.Salmanlının 75 illiyinə həsr olunmuş Ə.Orucoğlunun “Açarını itirənlər” əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcəkdir.“Qafqazinfo”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar