Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Misir Mərdanova qarşı iddia : “Gülən məktəblərini himayə edib”

Tarix: 19-08-2016 08:40     Baxış: 3504 A- / A+
Misir Mərdanova qarşı iddia
Etibar Əliyev: “Onun bu şəbəkənin fəaliyyətinin genişlənməsində rolu böyük olub”; Firudin Cəlilov: “Burada Misir Mərdanovun heç bir günahı yoxdur”
Hazırda gündəmin əsas mövzularından biri də Azərbaycanda Fətullah Gülən məktəblərinin şəbəkələşməsində rolu olanların onunla əlaqəsinin olub-olmamasıdır. Məlum olduğu kimi, Qafqaz Universiteti, türk özəl liseylərinin Azərbaycana gəlişi əsasən sabiq təhsil naziri Misir Mərdanovun dövrünə təsadüf etdiyindən onun adı da Fətullah Gülən tərəfdarlarının içində hallanır. Onun zamanında FETÖ-çulara ciddi dəstək verdiyi deyilir.

Bəs, görəsən həqiqətənmi Misir Mərdanov da Gülənin adamıdır? O nazir olduğu dövrdə Azərbaycanda möhkəmlənən Gülən məktəblərinin yayılmasına dəstək veribmi?
XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “Yeni Müsavat”a açıqlamasında Gülən məktəblərinin Misir Mərdanov tərəfindən dəstəkləndiyini bildirdi: “Yaxşı xatırlayıram, 27 noyabr 2012-ci ildə Bakıda ”Çağ" Öyrətim İşlətmələri şirkətinin 20 illik yubileyi qeyd olunurdu. Gülüstan sarayında baş tutan tədbirin açılışında Türkiyə prezidenti Abdullah Gülün təbrik məktubu oxunub. Məndə olan məlumata görə, bizim prezidentin yubileyə təbriki olmayıb. Misir Mərdanovun bu şəbəkənin fəaliyyətinin genişlənməsində rolu böyük olub. O, onların bütün tədbirlərində iştirak edir və şəbəkəyə daxil olan təhsil müəssisələrini göylərə qaldırırdı. Elə həmin tədbirdə də Mərdanov “maraqlı” fikirlər səsləndirib: “20 ildir ki, ”Çağ" Azərbaycan təhsili üçün bir örnəkdir. “Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20 il ərzində ”Çağ" öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir".

Öz ölkəsinin təhsil sistemini bu cür şəbəkələrin kölgəsində axtaran təhsil nazirinin maraqlarını heç kim soruşmurdu. Çox vaxt bu məktəblərin uğuru barədə ağzı dolusu danışanlara “o məktəblər ən yaxşı şagirdlərimizi seçir, onlara dərs verir” ifadəsini işlətmirdik. Şəbəkənin rəhbərləri yaxşı müəllimləri də nəzərdən qaçırmırdılar. Dərhal özünküləşdiririlər. Fikrimcə, milli təhsil sistemimiz gücləndikcə boşluqlar aradan qalxacaq".

Müxtəlif mətbuat orqanlarından Elmar Qasımovun da Fətullah Gülənlə əlaqəsinin olması ilə bağlı iddialara gəlincə, Etibar Əliyev bildirdi ki, o zaman Misir Mərdanov nazirlikdə özünəməxsus kurasiya yaratmışdı, həmin müddətdə ali təhsil də Misir Mərdanovun öz şəxsi kurasiyasında idi: “Bu məktəblər, eləcə də ali məktəblər Elmar Qasımovun kurasiyasında deyildi. Təmizləmə məsələsinə gəlincə, Elmar Qasımov dedi ki, orada əksər müəllimlər öz xahişi ilə işdən azad olunublar, bir çoxu ilə müqavilə müddəti bitib. Bu, Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəsinə verilməsi ilə bağlıdır və bunu daxili idarəçilik qaydaları kimi qiymətləndirmək lazımdır”.

Sabiq təhsil naziri Firudin Cəlilov isə Misir Mərdanovun prosesdə hər hansı rolunun olduğunu istisna etdi və bildirdi ki, məsələ daha yüksək səviyyədə həll olunub: “Orada Misir Mərdanovun heç bir günahı yoxdur. Onlar 90-cı ildən gəlib Azərbaycanda tədricən yerləşirdilər. Məndən qabaq da gəlmişdilər. Sadəcə mən bir il nazir olduğum müddət ərzində onları mümkün qədər təmizlədim. Məndən sonra isə onlar çox yüksək səviyyələrdən tapşırılmaqla Azərbaycana gəldilər. Təsəvvür edin ki, Tansu Çillər, Turqut Özal xahiş edib. Çox Yüksək səviyyələrdə bu məsələ həll olunub. Burada Misir Mərdanovun günahı yoxdur”.

Firudin Cəlilov bildirdi ki, özünün nazir olduğu dövrdə Gülən məktəblərinin Azərbaycana gəlməsinə qarşı mübarizə aparıb: “Mən o zaman onların qarşısını almağa çalışdım. Çünki onların içini bilirdim. Bilirdim ki, təhsil adı altında nə işlər görürlər. O səbəbdən çalışdırdım təhsilə buraxmayam. Bu gün də Azərbaycanda Fətullah Gülənin adamları var və təhlükə qalmaqdadır. Yadınızdadırsa, mən Türkiyəyə 2 min nəfər tələbə göndərdim. Sonradan mən vəzifədən getdim deyə, onlara nəzarət edə bilmədim. Mənə xəbərlər gəlirdi ki, o uşaqların yarısını Gülən öz tərəfində keçirib, onlara yardım edirlər, ev tutur, kirayə pulu verirlər. Təbii ki, onların içindən müəyyən adamları vəzifələrə yerləşdirdilər. Bu gün də o adamlardan vəzifədə olanları var. Təhsil müəssisələrinə gəlincə, ”Araz" kurslarında qorxulu bir şey yox idi, o kurslar təhsil verirdi. Amma onların Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə açdıqları liseylər ki var, orada Amerika üçün casuslar hazırlayırdılar. Sonra onları vəzifəyə gətirirdilər. Gördünüz də, Türkiyədə o sistem olmadı ki, içindən onları adamları çıxmasın. Prokurorluqda, məhkəmədə, orduda, ən çox da təhsildə, səhiyyədə adamlarını yerləşdiriblər".

Qeyd edək ki, haqqında səslənən ittihamlara cavab almaq üçün dəfələrlə sabiq təhsil naziri Misir Mərdanovla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar