Xəbər lenti
II və III qrup əlillərin pensiyaları kəsiləcək? - Açıqlama
Məclisin deputatı Musa Quliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı “Əlillərin işə düzəlməsini gündəmə gətirmək lazımdır” bağlı çıxışı birmənalı qarşılanmayıb.
II və III qrup əlilləri hesab edirlər ki, deputatın bu çıxış gələcəkdə onların əmək pensiyalarının kəsilməsinə istiqamətlənib.
«Qarabağ Qaziləri» ictimai birliyinin sədri Etimad Əsədov açıqlamasında bildirib ki, II və III qrup əlillər əmək qabiliyyəti olduğu halda onların sənədlərinə əmək qabiliyyətsizliyi yazılırdı: “Onlar işə düzəlmək istəyərkən problem yaşayırdılar. Bu problem çoxdan mövcud idi, hazırda aradan qaldırılmağa çalışılır. Yaxşı olar ki, II və III qrup əlillərin dərəcələrinə yenidən baxılsın. Çünki onların verilməsində də problemlər olub. Saxta yollarla əlillik dərəcəsi alan insanlar da çoxdur. Elə 3-cü qrup əlil var ki, ona əlillik dərəcəsi düşmür. Yaxud da I-ci qrup əlil var ki, yoxlasan III-cü qrup təyin olunmalıdır. Bütün bunlar araşdırılmalıdır. II və III qrup əlillərin pensiyalarının kəsilməsinə heç də təcüblənmərəm.”
Millət vəkili Musa Quliyev isə onun II və III qrup əlillərin dərəcələri ilə bağlı səsləndirdiyi təklifin düzgün anlaşılmadığını vurğulayıb: “Hazırda əlillik təyin olunarkən II və III qrup əlillərə əmək zəmanəti verirlər. Deyirlər ki, bunlar işləməlidir. Amma bunlar hansı şəraitdə və necə işləyə bilərlər kimi bəndlər göstərilmir. Əmək zamanəti isə konkret göstərilməlidir. Pensiyalarla bağlı reformalar hazırlanır. Bu reformalardan sonra həmin məsələlərə yenidən baxılacaq. Sağlam adamla xəstənin əmək qabiliyyəti imkanları eyni deyil. İşə götürən şəxs əlbəttə ki, sağlam şəxsə üstünlük verəcək. Mən təklif edirəm ki, əmək məcəlləsində dəyişiklik edilsin. Yəni, bu şəxslərə əlillik dərəcələri verilərkən onlar iş yerlərindən çıxarılmasınlar. İşləməyən şəxs isə əlillik dərəcəsi alana kimi əmək zənamətində onun harada işləyə biləcəyi göstərilsin. Müvafiq məşğulluq xidmətləri dövlət hesabına konkret olaraq onlara yeni peşə öyrətsin və ona konkret iş yeri təklif edilsin. Və məşğulluq haqqında qanuna dəyişiklik olsun ki, bu insanlar üçün konkret məşğulluq kvotası müəyyən edilsin.”aznews.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar