Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Məcburi köçkünlərlə heç bir davamız olmayıb” - “Azərişıq” ASC

Tarix: 01-02-2017 20:40     Baxış: 3379 A- / A+
“Məcburi köçkünlərlə heç bir davamız olmayıb”


"Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə "Azərişıq" işçiləri arasında heç bir dava düşməyib".

Manevr.az xəbər verir ki, "Azərişıq" Səhmdar Cəmiyyətinin mətbuat xidməti mediada barələrində yazılanları təkzib edib.

Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, qurumun yüzə yaxın əməkdaşının "Qızılqum" və "Gilavar" sanatoriyalarında olmaları haqqında yayılanlar həqiqəti əks etdirmir: "Bəzi saytlarda bu cür böhtan xarakterli məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur və bütünlükdə içtimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir. Azərbaycan Republikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılıb".

“Azərişıq” ASC vurğulayır ki, məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir: "Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami, Binəqədi və Nərimanov rayonlarında,Aran və Şimal Regionlarının xidməti ərazilərində olan yataqxanalarda yaşayan məcburi köçkün evləri sayğaclaşdırılır. Son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar