Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda benzinin qiyməti yenidən artacaq - Sabahdan

Tarix: 31-01-2017 20:49     Baxış: 4449 A- / A+
Azərbaycanda benzinin qiyməti yenidən artacaq


Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq.

Bu barədə "Report"a SOCAR-dakı mənbələrdən məlumat verilib. "Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək", - mənbə bildirib.


Burada xatırladaq ki, beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan “Premium Euro-95" və “Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də "Aİ-92" markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağının ölkədə istehsal olunmasına görə adı çəkilən markalar üçün hökumətin qiymət artımına gedəcəyi o qədər də real görünmür.

Elə sonuncu qiymət artımında da ölkədə istehsal olunan məhsulların qiymətində artım olmayıb. Belə ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.

Lakin burada dolların manata məzənnəsinin xüsusi rolu var. Qiymət artımı zamanı da qeyd olunmuşdu ki, "Aİ-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Yəni "Aİ-95" markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.

Bu məqamda qeyd edək ki, yanvarın 13-də 1 ABŞ dollarının məzənnəsi 1,7867 manat təşkil edib. Yanvarın 30-da isə 1 ABŞ dollarınının məzənnəsi 1,9165 manatdır. Yəni, dollar bu müddətdə 7,3% bahalaşıb. Əldə etdiyimiz məlumata görə, benzinin qiyməti “PLATTS EUROPEAN MARKETSCAN” 30 yanvar nəşrində “FOB MED (ITALY)” başlığı altında dərc olunmuş “PREM UNL 10 PPM” kotirovkasının orta qiymətinə uyğun olaraq 546,75 dollar təşkil edir. Benzinin Bakıya qədər olan nəqliyyat xərcləri isə 80 dollara yaxındır (bura fraxt, aşırma, daşınma xərci, maliyyə xərci, inspeksiya və sığorta daxildir) və beləliklə, 1 ton premium markalı benzin nəqliyyat xərci ilə birlikdə 624,74 dollara başa gəlir. 1 ton üçün aksiz vergisi 41,74 dollar, ƏDV (18%) 131, 54 dollar, yol vergisi 13,67 dollar və gömrük xərcləri hesablanmaqla bu markalı benzinin bir tonu 812,02 dollara başa gəlir. Bu isə Mərkəzi Bankın bugünkü məzənnəsi ilə (1 dollar - 1,9165 manat) 1 556,24 manatdır. Premium markalı benzinin 1 litrinin idxal dəyəri isə 1,188 manat təşkil edir. Yəni hazırki satış qiyməti idxal olunan qiymətdən 0,138 manat ucuzdur. Belə olan təqdirdə xaricdən dollarla idxal olunan, ölkədə isə manatla, dəyərindən ucuz satılan “Premium” benzinin satışını şirkətlər məzənnəyə və bazara uyğun formalaşdırır.

Eyni zamanda yanvar ayında bir neçə ölkədə “Premium” markalı benzinin qiymətində artım baş verib.

Gürcüstanda isə benzinin qiymət artımı bu il yanvarın 1-də baş verib. Ölkənin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb. 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə (0,95 manat) satılan benzin bu il yanvarın 2-dən başlayaraq 1,90 (1,25 manat), 1,95 (1,28 manat) və 2 GEL-ə qədər (1,31 manat) bahalaşıb.

Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Qeyd edək ki, gürcü larisinin manata məzənnəsi yanvarın 5-i Mərkəzi Bankın məzənnəsi ilə (1 gürcü larisi 0,6564 manat) hesablanıb.

Rusiyada yanvarın ortasında “Aİ-92” və “Aİ-95” markalı benzinin pərakəndə satışı bahalaşıb.“Aİ-92” markalı benzinin ölkə üzrə 1 litrinin orta qiyməti 4 qəpik artaraq 35,56 rubl (1,07 manat), “Aİ-95” markalı benzinin qiyməti isə 5 qəpik qalxaraq 38,49 rubl (1,15 manat) olub.

Məlumata görə, ən böyük artım Cənubi Federal Dairənin ərazisində baş verib. Burada “Aİ-92” markalı benzinin qiyməti 36 qəpik bahalaşaraq 38,8 rubl/litr(1,16 manat) təşkil edib.

Ümumilikdə isə 2015-ci ilin əvvəlindən 2016-cı ilin sonuna qədər Rusiyada benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb. Bir çox ölkələrdə bazarın mövqeyindən asılı olaraq qiymət mütəmadi dəyişir.

Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir və Azərbaycanın da idxalçı mövqeyindən çıxış edərək qiymət artımına uyğunlaşması bazarın tələbidir.

Həm də nəzərə alaq ki, “Premium Euro-95” markalı benzinin qiymətinin sonuncu artımı böyük problem yaratmayıb. Bunun da əsas səbəbi “Premium” markalı benzinin Ai-92 və dizelə görə ümumi istehlakda payının az olmasıdır. Belə ki, statistik məlumatlara görə, ay ərzində orta hesabla ölkədə təxminən 95-100 min ton "Aİ-92" markalı avtomobil benzini, təxminən 155 min tona yaxın dizel yanacağı (L-62) istehsal olunur. İstehsal olunan avtomobil benzininin demək olar ki, hamısı daxili bazarda istehlak olunur. İstehsal olunan dizelin isə təxminən 90-95 min tonu daxili istehlakın payına düşür. Qalan həcmlər isə ixraca yönəldilir.

Ölkəyə aylıq 4 min tona yaxın isə “Premium Euro-95" və "Super Euro-98" markalı benzin gətirilir. Bu benzin markaları əsasən Bolqarıstan, Rusiya, Rumıniya, Belarusdan idxal olunur. Ai-95 və daha yüksək oktanlı avtomobil benzininin ölkədaxili istehlakda payı təxminən 4%-ə yaxın təşkil edir.

Yanvarın 13-də bu markalı benzinin qiymətindəki artımdan sonra da göründüyü kimi, ölkədə xüsusilə bahalı maşınlarda istifadə olunan və kütləvi xarakter daşımayan “Premium” benzinin qiymətinin qaldırılması əhalinin böyük əksəriyyətinə, ictimai nəqliyyata, istehsalata təsir göstərməyib.

Yuxarıda qeyd olunanlar, istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacağını, artımın yenə də idxal olunan məhsullara aid olacağını və bunu da bazarın şərtləndirdiyini göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar