Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İntihara cəhd edən qadından maraqlı etiraflar - FOTO

Tarix: 31-01-2017 16:43     Baxış: 4372 A- / A+
İntihara cəhd edən qadından maraqlı etiraflar


Yaşam müddətində insan bir çox psixoloji situasiyalarla rastlaşır. Öz iradəsini ortaya qoyaraq qarşılaşdığı problemi həll etməyə çalışır.

Manevr.az apa.tv-ə istinadən xəbər verir ki, psixoloq Gülər Məmmədovanın sözlərinə görə, bəzən elə olur ki, bu cür məqamlarda, bu cür situasiyalarda çarəsiz duruma düşürlər. Sanki, çarəni çarəsizlikdə görürlər - ölümdə.

Sevinc Əhmədova 15 yaşında intihara cəhd edib. Onun valideynləri boşanmaq qərarı vermişdilər: "İlk ağlıma gələn o olmuşdu ki, mən intihar etsəm, bunlar birləşəcək. Artıq bir övladımızı itirdik, boşanmayaq deyəcəklər. Heç olmasa, məndən sonrakı bacım-qardaşım birləşib xoşbəxt olacaqlar".

Atası işə gedir, anası isə öz atasının evinə. O, anasının istifadə etdiyi dərmanları içib yatağa uzanır: "Artıq ölümümü gözləyirəm. Bu anlarda peşman deyiləm".

Qonşuluqda yaşayan əmisi qızı təsadüfən onlara gəlir və Sevinc xəstəxanaya çatdırılır. Həkimlər onun həyatını xilas edir. Oyananda yaşadığına çox sevinir. İntihar ona dərs olur, o, boşanmaya normal yanaşa bilir: "Və mən xilas olmuşdum. Ayılanda ilk anamı görmüşdüm. Ayılan kimi həkim, anam gözləyirdi ki, mən deyəcəyəm, "məni niyə xilas etdiniz?" Amma mən əksinə, sevinmişdim. Nə yaxşı ki, mən ölməmişəm. Nə yaxşı ki, sağam. Nə yaxşı ki, xilas olmuşam".

Psixoloqlar vurğulayır ki, bəzən ailələr övlada dayaq olmaqdansa, onları intihara itələyir, gənclərin istəklərini, şəxsiyyətini nəzərə almır. Basqı tək ailədən yox, cəmiyyətdən də hiss edilir. Sevinc Əhmədova da bunu etiraf edir: "Mental şeylər də var idi. Utanmaqlar var idi. Cəmiyyətin boşanmanı qarşılamamağı var idi. Mən sinifdə necə deyəcəkdim mənim atamla anam ayrılıb? Bunu qəbul edə bilməyəcəkdim".

Gülər Məmmədova insanların əksəriyyətinin nə vaxtsa intihar fikrinə düşdüyünü deyir: "Yalnız güclü insan, qarşısına məqsədlər qoyan insan bu situasiyadan belə çıxır ki, "mən yaşamaq üçün bu dünyaya gəlmişəm"".

Bunu edə bilməyən insan mütəxəssisə müraciət etməlidir. Adicə psixoloji yardım, kiçik dəstək, təkan onları həyata qaytara bilər: "Əgər insan dəstəyin köməyi ilə bu durumdan qurtula bilirsə, deməli, o, heç də ölümü tam sidq ürəkdən arzulamamışdı".

İntihara cəhd edən həmsöhbətimiz də insanları intihar fikrinə düşməməyə çağırır: "Məncə, intihar edən hər kəs sağ qalırsa, peşman olur. İstəyərdim heç kəs intihar etməsin. Əlbəttə, həyat gözəldir, yaşamaq gözəldir. İnsan yaşamaq üçün hər zaman gözəl şeylər tapa bilər. Və vardır ətrafınızda".

Yaşamaq gözəldir. Sonunda isə, onsuz da, ölüm var. Ona görə yaşayaq...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar